Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2023

Çad da məzlumu dəstəkləyən ölkələrə qoşuldu

Sionist rejimin Qəzzadakı vəhşiliklərinə etiraz edən və məzlum Qəzza əhalisinə rəsmi şəkildə dəstək verən ölkələrin sayı artmaqdadır.

Şənbə günü axşam Çad Təl-Əvivdəki müvəqqəti işlər vəkilini geri çağıraraq, sionist rejimin Qəzza zolağında fələstinli mülki əhaliyə qarşı törətdiyi cinayətlərə etirazını bildirib.

Çad Xarici İşlər Nazirliyi “Qəzzada dinc əhalinin ağır tələfatını” pisləyib və işğal olunmuş Fələstin torpaqlarında atəşkəs və Fələstin probleminin daimi həllinin yaradılmasına çağırıb.

Sionist rejimin Qəzzə zolağına təcavüzü artıq otuzuncu gündür ki, davam edir və bu hücumlarda 3900-ü uşaq və 2509-u qadın olmaqla azı 9500 nəfər şəhid olub.
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP