Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2023

Belçika dünya ictimaiyyətini sionist rejimi boykot etməyə çağırdı

Çərşənbə günü Belçika Baş nazirinin müavini Petra DeSouter sionist rejimin Qəzza zolağına qarşı hücumlarını sərt şəkildə tənqid edib.
O, çıxışı zamanı deyib: “İndi İsrailə qarşı sanksiyalar tətbiq etməyin vaxtıdır, çünki insanların üzərinə yağış kimi bomba atmaq qeyri-insani bir hərəkətdir”.
Petra DeSouter vurğulayıb: “Tamamilə aydındır ki, İsrail beynəlxalq ictimaiyyətin atəşkəs tələbi ilə maraqlanmır.”
Bu arada, Qəzza hökumətinin media idarəsinin rəhbəri Salama Məruf bu gün (8 noyabr) keçirdiyi mətbuat konfransında deyib: “Sionist rejimin Qəzzə zolağına təcavüzünün başlanğıcından bu gün: hücumların otuz üçüncü gününə qədər 4237-si uşaq, 2823-ü qadın və qız olmaqla 10569 şəhid, 631-i qoca həlak olub. Bundan əlavə, 3000-dən çox itkin düşmüş və 26 min Fələstin vətəndaşının yaralandığı barədə məlumatlar yayılıb.”
1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP