Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2024

Bu vəhşilik dayandırılmalıdır - Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Rəfah şəhərində çadır düşərgəsinə zərbə endirməsini kəskin pisləyib və vəhşiliyin dayandırılmasını istəyib.

Baş katib bu barədə X səhifəsində yazıb.

“Mən bu ölümcül münaqişədə sadəcə sığınacaq axtaran çoxlu sayda günahsız mülki insanın ölümü ilə nəticələnən İsrailin hhücumlarını qınayıram. Bu dəhşət dayandırılmalıdır”, - deyə o bildirib.

Quterreş əlavə edib ki, Qəzzada bir dənə də olsun təhlükəsiz yer qalmayıb.

Qeyd edək ki, ötən gün işğalçı İsrail ordusu Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib. Hücumda azı 40 nəfər həlak olub, onlarla yaralı var.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP