Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2024

Son 48 saatda 72 fələstinli qaçqın şəhid olub

Qəzzə zolağının Hökumət İnformasiya Ofisi bu gün (çərşənbə axşamı) günortadan sonra bildirib ki, sionist rejim ordusu son 48 saatda Rəfah vilayətinin qərb və şimal-qərbində "təhlükəsiz" olduğu düşünülən qaçqın çadırlarını bombalayaraq 72 fələstinli qaçqını şəhid edib.

Fələstin hökumətinin Qəzza zolağı üzrə İnformasiya Ofisi yaydığı bəyanatda bildirib: “Sionist rejim qətliam maşınından və bu rejimin vəhşicəsinə qırğınından qaça bilən daha daha çox mülki şəxsləri və qaçqınları öldürməyə davam etməyə çalışır. Bu, işğalçı rejimin əvvəlki qərar və iradəsi ilə fələstinlilərə qarşı soyqırım cinayətini davam etdirmək israrını və bu məsələdə inadını göstərir.”
İnformasiya Ofisi əlavə edib: “Sionist işğalçı rejim bu hərəkəti ilə beynəlxalq cinayət məhkəmələrinə və bütün dünya ölkələrinə fələstinlilərin qətliam və soyqırımını davam etdirəcəyi mesajını verməyə çalışır.”
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP