Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2024

Yəmən ordusu ABŞ-ın Eisenhower təyyarədaşıyan gəmisinə zərbə endirdi

Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq bu ölkənin raket bölmələri və donanmasının birgə əməliyyatda Qırmızı dənizdə ABŞ-ın Eisenhower təyyarədaşıyan gəmisini hədəfə aldığını bildirib.

Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq, Amerika və İngiltərə qüvvələrinin Hudeydə əyaləti və Bəndər əs-Səlif bölgələrinə hücumlarına cavab olaraq, eləcə də məzlum Fələstin xalqına dəstək məqsədilə Yəmən ordusunun raket bölməsi və donanmasının birgə həyata keçirdiyi hərbi əməliyyatda Qırmızı dənizdə Amerikanın "Eisenhower" təyyarədaşıyan gəmisini hədəf aldığını açıqlayıb.

Bəyanata qeyd olunur ki, bu hücum bir sıra qanadlı və ballistik raketlərlə həyata keçirilib və raketlə Allahın köməyi ilə hədəfi birbaşa vurublar.

Bəyanatda həmçinin vurğulanıb ki, Yəmən Silahlı Qüvvələri bütün təhdid mənbələrini və Qırmızı dəniz və Ərəb dənizindəki bütün Amerika və İngiltərə mövqelərini hədəfə alaraq ölkə ərazisinə qarşı hər hansı yeni təcavüzə birbaşa və dərhal cavab verməkdən çəkinməyəcək.
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP