Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2024

İmam Xomeyni (r) təvəllüddən vəfata qədər

Təvəllüdü və uşaqlıq illəri

1320-ci hicri qəməri ili, cəmadis-sani ayının 23-də (m.1902-ci il 21 sentyabr) İranın Mərkəzi Əyalətində yerləşən Xomeyn şəhərində elm, hicrət, cihad və həzrət Zəhra (ə) nəslindən olan Ruhullah Musəvi Xomeyni dünyaya göz açdı.
O nəsildən-nəsilə xalqın hidayəti yolunda addımlayan babalarının varisi idi.
İmam Xomeyninin hörmətli atası mərhum Ayətullah Seyid Mustafa Musəvi Ayətullah-əl-üzma Mirza Şirazinin müasiri idi. O, Nəcəf şəhərində uzun illər boyu İslam elmlrini təhsil almaqla ictihad dərəcəsinə nail olub, İrana qayıtmışdı. Seyid Mustafa Xomeyn şəhərində insanları dinə hidayət edirdi, xalqın ümid və sığınacaq yeri idi.
Ruhullah beş aylıq körpə ikən hakimiyyətin himayəsində olan xanlar onların zorakılıqlarına təslim olmayan atasını Xomeyn-Ərak yolunda güllələyərək şəhid etdilər.
Şəhid ailəsi ilahi hökm olan qisasın icra edilməsi üçün Tehranda yerləşən Darul-hökumətə getdilər. Onların ədalətin icrasına israrlı olmaları qatildən qisas alınması ilə sonunclandı.
Beləliklə, İmam Xomeyni uşaqlıq çağlarından yetimlik dərdi və şəhadət məfhumu ilə tanış oldu. Onun uşaqlıq və yeniyetməlik dövrü anası Hacər xanımın tərbiyəsi ilə keçdi. Mömin qadın olan Hacər xanım elm və təqva ailəsi olan mərhum Ayətullah Xansarinin ailəsindən idi. Həmçinin şücaətli və haqtələb bibisi Sahibə xanımın da onun tərbiyəsində çox təsirli rolu olub. Amma Ruhullah 15 yaşında ikən, hər iki əzizini itirir.

Quma hicrət, elmi təkmilləşdirmə və İslam elmlərinin tədrisi

Ayətullah əl-üzma Hacı Şeyx Əbdulkərim Hairi Yəzdinin 1340-ci hicri qəməri ilində Quma hicrət etməsindən azca sonra İmam Xomeyni Qum Elmi Hövzəsinə gəldi və çox tez bir zamanda hövzənin böyük ustadlarının yanında dini elmləri mənimsədi. O cümlədən məani və bəyan elmlərinin dərslik kitabı olan “Mutəvvəl”i Ağa Mirza Məhəmməd Əli Tehrani ilə, səth elmlərinin təkmilini Ayətullah Seyid Məhəmmədtəqi Xansari və Ayətullah Seyid Əli Yəsribi Kaşani ilə, eləcə də üsul və fiqh elmlərini Qum Elmi Hövzəsinin rəhbəri Ayətullah əl-üzma Hacı Şeyx Əbdülkərim Hairi Yəzdidən dərs almışdır.
Ayətullah əl-üzma Hairi Yəzdi vəfat etdikdən sonra İmam Xomeyninin bir qrup müctəhidlə təşəbbüsü öz nəticəsini verdi və Ayətullah əl-üzma Burucerdi Qum Elmi Hövzəsinə rəhbərlik etmək üçün Quma yollandı.
O zaman artıq İmam Xomeyni fiqh, üsul, fəlsəfə, irfan və əxlaq elmlərində müctəhid, nəzər sahibi və bacarıqlı müəllimdən biri sayılırdı. İmam Xomeyni Feyziyyə, Əzəm məscidi, Məhəmmədiyyə məscidi, Hacı Molla Sadiq mədrəsəsi, Salmasi məscidi və s. kimi mərkəzlərdə uzun illər fiqh, üsul, fəlsəfə, İslam əxlaqı və ifran elmələrini dəfələrlə tədris etmişdir. O, həmçinin 14 ilə yaxın Nəcəf Elmi Hövzəsinin Şeyx Əzəm Ənsari məscidində Əhli-beyt (ə) maarifi və fiqhin ən ali səthdə olan dərslərini tədris etmişdir. İmam Xomeyni ilk dəfə olaraq Nəcəfdə İslam hakimiyyətinin nəzəriyyəsi sahəsində “vilayəti-fəqih” mövzusu ilə silsilə dərslərini açıqlamışdır.

İmam Xomeyni mübarizə və qiyam səngərində

İmam Xomeyninin mübarizə və cihad ruhiyyəsi onun soyunun etiqadı, tərbiyəsi, o həzrətin həyatı boyu yaşadığı mühitin sosial və siyasi durumu ilə əlaqələnir.
Onun mübarizələri yeniyetməlik dövründən başlamış və onun təkamül hərəkəti ruhi və elmi şəxsiyyətinin yüksəlişi ilə paralel olmuş, İran və İslam dünyasının siyasi-ictimai durumundan təsirlənərək müxtəlif formalarda davam etmişdir. 1340-41-ci günəş illərində əyalət və vilayət qurumlarının hadisəsi onun qiyama və ruhaniyyətə rəhbərlik etməsinə imkan yaratdı.
Beləliklə, 1342-ci günəş ili, 15 xordadda (m. 5/6/1963) İran ruhanilərinin və xalqının qiyamına start verildi. Bu qiyamın iki özəl səciyyəsi var idi:
Birincisi, İmam Xomeyninin liderliyi ilə qiyamın vahid rəhbərliyi;
İkincisi, qiyamın hədəf və şüarlarının islami təzahürlərlə başlamasıdır.
Bu da İran xalqının mübarizələrin yeni fəslin dünyaya İslam İnqilabı kimi tanıtdı.
İmam Xomeyninin Birinci Dünya Müharibəsi zamanı 12 yaşı var idi. İmam o dövrü belə xatırlayır: “Mən dünya müharibələrinin hər ikisini xatırlayıram. O zaman mən kiçik yaşlarımda idim. Ancaq məktəbə gedirdim. Mən Sovet İttifaqı əsgərlərini Xomeynin mərkəzində görürdüm. Biz Birinci Dünya Müharibəsində hücum və təcavüzlərə məruz qalırdıq”.
İmam Xomeyni digər bir xatirəsində mərkəzi hakimiyyətin himayəsində olub, xalqın əmlakını qarət edən, namusuna təcavüz edən xanlar və quldur dəstələrindən bəzilərinin adını xatırladaraq deyir: “Mən uşaqlıqdan müharibədə olmuşam. Biz zülqilərin, rəcəbəlilərin zülmünə məruz qalırdıq. Özümüzün tüfəngimiz də var idi və mən təqribən yeniyetmə idim, uşaq idim ki, bizə hücum etmək istəyən qarətçilərə qarşı qurulmuş səngərlərə gedirdik və səngərləri yoxlayırdıq”.
1299-cu il 3 isfənddə (m. 22/2/1921) Rzaxan hərbi çevriliş etdi. İnkaredilməz tarixi sənədlərə əsasən bu çevriliş ingilislərin dəstək və təşkilatçılığı ilə baş vermişdi. Hərbi çevriliş Qacar şahlığına son qoyub xanlar və quldurların hakimiyyətini məhdudlaşdırsa da, onun əvəzində elə bir diktatorluq sistemi yaratdı ki, onun sayəsində min qohum İran xalqının taleyinə hakim oldu və pəhləvilər tayfası təklikdə bütün xan və quldurların yerini tutdu.
Belə bir şəraitdə Məşrutə hərəkatından sonra bir tərəfdən o zamanın dövlətlərinin və ingilis nökərlərinin fasiləsiz hücumlarna məruz qalmış, digər tərəfdən də qərbyönümlü insanların düşmənçiliyindən sıxılmış İran ruhaniləri İslam və ruhaniliyi qorumaq üçün hərəkətə gəldilər.
Ayətullah əl-üzma Hacı Şeyx Əbdülkərim Hairi Qum alimlərinin dəvəti ilə Ərakdan Quma köçdü və az sonra özünün fövqəladə istedadı ilə müqəddimə və səth elmələrini Xomeyn və Ərakda sürətlə mənimsəmiş İmam Xomeyni də Quma hicrət etdi və yeni təsis olunmuş Qum Elmi Hövzəsinin mövqeinin möhkəmləndirməsində fəal iştirak etdi.
Çox keçmədi ki, o həzrət irfan, fəlsəfə, fiqh və üsul sahəsində yüksək məqamlı üləmaların sırasına daxil oldu.
Ayətullah əl-üzma Hairinin vəfatından (ş. 1315/10/3 və m. 30/1/1937) sonra Qum Elmi Hövzəsi ləğv olunmaq təhlükəsi ilə üzləşdi. Hövzənin alimləri buna bir çıxış yolu axtarırdılar. Səkkiz il müddətində Qum Elmi Hövzəsinə bu alimlər rəhbərlik etdilər: Seyid Məhəmməd Höccət , Seyid Sədrəddin Sədr və Seyid Məhəmmədtəqi Xansari.
Bu fasilədə, xüsusilə də Rzaxanın devrilməsindən sonra mərcəiyyətin zühur etməsinə şərait yarandı. Ayətullah əl-üzma Burucerdi mərhum Hairnin yerinə münasib xələf və Qum Elmi Hövzəsini dağılmaq təhlükəsindən qurtara bilən bir alim kimi görünürdü. Bu təklif Ayətullah Hairinin şagirdləri, o cümlədən İmam Xomeyni tərəfindən çox ciddiyyətlə izlənildi. İmam Xomeyni şəxsən Ayətullah Burucerdini Quma hicrət etməyə və hövzəyə rəhbərliyi öhdəsinə alması üçün çox ciddiliklə təlaş edirdi.
Cəmiyyətin siyasi vəziyyətini diqqətlə izləyən İmam Xomeyni müasir kitab, jurnal və qəzetləri ardıcıl mütaliə etməklə Tehrana səfərlər edir, Ayətullah Müdərris kimi böyük şəxsiyyətlərlə görüşməklə artıq bilirdi ki, Məşrutə İnqilabının məğlubiyyətindən və Rzaxan hökumətinin iş başına gəlməsindən sonra yaranmış fəlakətli vəziyyətdən təkcə çıxış və ümid yolu elmi hövzələrin oyanışı, ondan da qabaq elmi hövzələrin davamına zəmanət və ruhaniyyətlə xalq arasında mənəvi əlaqələrin yüksəlməsidir.
İmam Xomeyni öz dəyərli məqsədlərinin ardında 1328-ci ildə (m. 1949) Ayətullah Mürtəza Hairi ilə birlikdə elmi hövzələrin əsas strukturunun islahatı layihəsini hazırladı və onu Ayətullah Burucerdiyə təqdim etdi. Bu layihə İmamın şagirdləri və hövzənin ziyalıları tərəfindən yaxşı qarşılanaraq dəstəkləndi.
Şah rejimi hesablamalarında səhvə yol vermişdi. Əyalət və vilayət qurumlarının layihəsində müsəlman olmaq, Quran-Kərimə and içmək, seçkilərdə iştirakçıların namizədlərin kişi olmaq şərtləri dəyişdirilmişdi və bu layihə 1341-ci il, 16 mehrdə (8/10/1962) Əmir Əsədullah Ələm kabineti tərəfindən təsdiqləndi. Qadınlara seçkilərdə iştirak etməyə hüququ vermək digər gizli məqsədləri ört-basdır etmək üçün idi.
Dəyişilən şərtlərin birinci və ikinci bəndləri bəhailərin ölkənin yüksək məqamlarını əldə edə bilmələri məqsədi daşıyırdı.
ABŞ-ın İranı dəstəkləməsi şahın İran-İsrail münasibətlərini genişləndirmək üçün sionist rejimini himayə etməsi ilə şərtləndirmişdi. Bu layihə müstəmləkəçilərin məqsədini həyata keçirmək üçün bünövrəsi qoyulmuş bəhailik ardıcıllarının İranın əsas üç orqanında nüfuzunu gerçəkləşdirirdi.
Sözügedən layihənin qəbul olunması xəbəri yayılan kimi İmam Xomeyni, Qum və Tehran alimləri ilə fikir mübadiləsi apardılar və layihəyə etiraz etdilər.
İmam Xomeynin şah rejiminin əsas məqsədlərini ifşa etməsi, eləcə də alimlərin və elmi hövzələrin öhdəsinə olan missiyanı onlara xatırlatması çox təsirli oldu və geniş səviyyəli etirazlar müxtəlif xalq kütlələrinin himayəsini qazandı. Alimlərin etirazını əks etdirən açıq teleqraf və məktublar şah və Əsədullah Ələmə göndərildi və bu etirazlar xalqın müxtəlif sinifləri tərəfindən də dəstəkləndi. İmam Xomeyninin şah və baş nazirə ünvanladığı teleqramların tonu çox ağır və ciddi xəbərdarlıqla yanaşı idi.
İmam Xomeyni teleqraflarının birində şah və baş nazirə müraciət edilərək deyilirdi: “Mən yenə də sizə nəsihət edirəm ki, Allah Təala və konstitusiyaya tabe olasınız, Qurana, xalq alimlərinin hökmlərinə, müsəlmanların rəhbərlərinə, habelə konstitusiyaya tabe olmamağın ağır aqibətindən qorxun. Bilərəkdən və boş yerə ölkəni təhlükəyə salmayın. Əks təqdirdə İslam alimləri sizin barədə nəzər bildirməkdən çəkinməyəcəklər”.
Beləliklə, əyalət və vilayət cəmiyyətlərin hadisəsi İran xalqı üçün çox dəyərli bir təcrübə və qələbə oldu. Bu hadisələrdə İslam ümmətinin rəhbərliyinə layiqli olan bir şəxsiyyətin səciyyələrini tanıdılar.
Şah bu macərada məğlub olsa da, ABŞ sözügedən islahatın həyata keçirməsinə israr və təzyiqi etdi.
Şah 1341-ci hicri qəməri ilinin dey ayında (m. 1962-cı il dekabr ayı) 6 üsullu islahatını irəli sürüb referendum keçirmək istədi. İmam Xomeyni bir daha mərcələr və Qumun alimlərini çarə yolu tapmaq üçün iclasa dəvət etdi.
İmam Xomeyninin təklifi ilə etiraz əlaməti olaraq 1342-ci ilin (m. 1963) novruz bayramı boykot olundu. İmamın bəyanatında şahın ağ inqilabı qara inqilab adlandırılmış, şahın ABŞ və İsrailə ortaq mövqeyi ifşa olunmuşdu. Digər tərəfdən də şah, İran camisəsinin islahata hazır olması barədə Vaşinqton rəsmilərini arxayın etmişdi və islahatın adını “ağ inqilab” qoymuşdu. Üləmaların sözügedən islahatla müxalif olması ona ağrı gəlirdi. İmam Xomeyni cəmiyyət arasında heç nədən çəkinmədən şahı İsrailin cinayətlərinin əsas amili və onunla eyni fikirli adlandırıb, xalqı qiyam etməyə dəvət edirdi. O, 1342-ci il, 12 fərvərdində (10/4/1963) etdiyi çıxışında rejimin cinayətləri müqabilində susan Qum, Nəcəf və digər müsəlman ölkələrinin alimlərini kəskin tənqid etdi və buyurdu: “Bu gün sükuta dalmaq zalıma yardımçı olmaq kimidir”.
Həzrət İmam səhəri gün (13 fərvərdin-2 aprel) “Şahı sevmək, yəni qarətçilik” adı ilə məşhur bəyanatını verdi.
İmamın ismarıcının və müraciətinin xalqda dərin təsir etməsinin, müxatəbin bu yolda canından keçməyə hazır olmasının səbəbini onun təfəkkürünün və kəlamlarının əsilliyində, sözlərindəki sədaqətdə axtarmaq lazımdır. İmam Xomeyni hədələrin heç birinə təslim olmadı.
1342-ci ildə (m. 1963) baykot olunmuş novruz bayramı mərasimi Feyziyyə mədrəsəsində məzlumların qanının tökülməsi ilə başladı.
Şah Amerikanın istədiyi islahatı yerinə yetirməyə cəhd edir, İmam Xomeyni isə xalqı bilgiləndirir və onları Amerikanın İranın işlərinə müdaxiləsi və şahın xəyanətlərinə qarşı qiyama israr edirdi.
1342-ci il 14 fərvərdində (m. 3/4/1963) Ayətullah əl-üzma Həkim Nəcəfdən İran təqlid mərcələrinə və alimlərinə teleqram göndərərək onların hamılıqla Nəcəfə hicrət etməyə dəvət etdi. Bu təklif alimlərin canının və elmi hövzənin qorunması üçün idi.
Həzrət İmam təhdidlərə etina etmədən Ayətullah əl-üzma Həkimin teleqramının cavabını verdi və orda təkid etdi ki, alimlərin hamılıqla hicrət etməsi və Qum Elmi Hövzəsini boş qoymaq məsləhət deyil.
İmam, Feyziyyə faciəsinin qırxıncı günü münasibətilə İran alimlərinin və xalqının təcavüzkar sionist rejimi ilə döyüşən İslam ölkələri və ərəb dövlətləri başçılarına dəstəyinə təkid etdi, şahın və İsrail müqaviləsini məhkum etdi.

15 Xordad Qiyamı

1342-ci ilin xordad ayı (1963-cü ilin iyun ayı) ilə təsadüf edən məhərrəm ayı artıq gəlib çatmışdı. İmam Xomeyni bu fürsətdən yetərincə istifadə edərək xalqı şahın zalım hökumətinə qarşı qiyama təhrik etdi.
Həzrət 1342-ci hicri şəmsi ili xordanın 13-də (3/6/1963) Aşura günündə Feyziyyə mədrəsəsində özünün tarixi nitqini səsləndirdi. Bu çıxış 15 Xordad qiyamının başlanğıcı oldu. İmam bu çıxışında uca səslə şaha xitab edərək buyurdu: “Ey şah! Sənə nəsihət edirəm ki, bu işlərindən çəkinəsən. Səni aldadırlar cənab. İstəmirəm o gün gəlsin ki, səni getməyə məcbur edələr və hamı buna sevinə... Əgər sənin əlinə diktə olunmuş yazı verirlər və deyirlər ki, oxu, ən azı onun barəsində fikirləş. Mənim nəsihətimi eşit. Şahla İsrail arasında hansı əlaqə vardır ki, təhlükəsizlik təşkilatı İsrail barəsində danışmağı yasaq edir. Şah israillidirmi?
Şah qiyamı yatırtmağa sərəncam verdi. Əvvəl İmamın dostlarının çoxunu həbs etdilər (14 xordad (4 iyun) səhər saat 3:30). Səhərə yaxın isə mərkəzdən göndərilmiş yüzlərlə komandos imamın evini mühasirəyə aldı və onu gecə namaza qıldığı vaxt həbs edərək Tehranın Qəsr adlı zindanına köçürdülər .
Xordadın 15-də (5 iyun) inqilabın rəhbərinin həbs xəbəri Tehran, Məşhəd, Şiraz və başqa şəhərlərə yayıldı.
Şahın həmişəki müşaviri general Hüseyn Fərdust öz xatirələrində qiyamın yatırılması üçün şahın Amerikanın təhlükəsizlik və siyasi əməkdaşlarından məsləhət alması, habelə şahın və SAVAK-ın ordu komandirlərinin özlərini itirməsini ifşa etdi. Habelə, genaral izah edir ki, şah və onun generalları necə dəlicəsinə qiyamın yatırılması əmrini vermişdilər.
İmam Xomeyni 19 gün həbsdən sonra İşrətabad poliqonuna köçürüldü. Hərəkatın rəhbərinin həbs olunması və xalqın qətliam edilməsi ilə zahirdə qiyam yatırıldı. İmam Xomeyni də İranın məhkəmə sisteminin qeyri-qanuni və səlahiyyətsiz olduğuna təkid edərək müstəntiqlərin suallarını cavablandırmaqdan imtina etdi.
1343-cü il, 18 fərvərdində (m. 8/6/1963) İmam Xomeyni gözlənilmədən azad edilərək Quma göndərilir. Bundan xəbər tutan xalq neçə gün müddətində bayram edilir, həmçinin Feyziyyə mədrəsəsində və şəhərin müxtəlif yerlərində şənlik məclisləri qurulur.
15 xordad qiyamının birinci ildönümü İmam Xomeyni və digər təqlid mərcələrinin ortaq bəyanatı, habelə Qum Elmi Hövzəsinin ayrıca bəyanatı ilə təqdir olundu və ümumi matəm günü kimi elan olundu.
İmam, 1343-cü il, 4 abanda (m. 26/10/1964) inqilabçı bəyanat verdi. Bəyanatda deyilirdi: “Bütün dünya bilsin ki, İran və bütün müsəlman xalqlarının düçar olduğu problemlərinin mənşəyi yadlar, xüsusilə də Amerikadır. Bütün müsəlmanlar ümumi olaraq yadlara, xüsusi olaraq da Amerikaya nifrət edir. İsrail və onun tərəfdarlarını himayə edən Amerikadır. Amerika İsraili gücləndirir ki, müsəlman ərəbləri qaçqın salsın”.
İmamın kapitalizm layihəsinin təsdiqlənməsinə etirazı oktyabr ayında digər bir qiyama zəmin yaratdı.
1343-cü il, 13 abanda (m. 4/11/1964) yenidən komandoslar Tehrandan Quma ezam olunaraq İmam Xomeyninin evini mühasirəyə aldılar. Maraqlıdır ki, İmam həbs edilərkən ötən ildəki kimi olaraq Şəbaniyyə münacatını oxumağa məşğul imiş. İmamı həbs edilir və təhlükəsizlik qüvvələri tərəfindən birbaşa Tehranın Mehrabad hava limanına aparılır və təhlükəsizlik əməkdaşlarının və hərbçilərin nəzarəti ilə qabaqcadan hazırlanmış hərbi təyyarə ilə Ankaraya göndərdilər.
Həmin gün axşamüstü SAVAK İmamın “ölkənin təhlükəsizliyi əleyhinə hərəkəti” ittihamı ilə sürgün edilməsi xəbərini mətbuat vasitəsilə yayımlayır.
Repressiyalara baxmayaraq etirazlar dalğalanmağa başladı. Tehran bazarında aksiya nümayişləri keçirildi. Dini mədrəsələr tətil oldu və beynəlxalq təşkilatlara müraciət məktubları göndərildi.
İmamın Ankarada qalması 11 ay çəkdi və bu müddətdə şah rejimi görünməmiş şəkildə xalqı repressiya etdi, ABŞ-ın istədiyi islahatları sürətlə həyata keçirdi.
İmam Xomeyni Türkiyədə məcburi sürgünlüyünü qənimət bilərək böyük “Təhrir Əl-Vəsilə” kitabını yazmağa başladı.

İmam Xomeyninin Türkiyədən İraqa sürgün edilməsi

1343-cü il, 13 mehrdə (m. 5/10/1964) İmam Xomeyni, oğlu Ayətullah Mustafa ilə birlikdə İraqa sürgün edildilər. İmam İraqa gəldikdən sonra əvvəl Kazimeyn, Samirə, Kərbəla şəhərlərində müqəddəs ziyarətgahları ziyarət etdikdən sonra Nəcəfə gəldi. İmam 13 il müddətində Nəcəf şəhərində yaşadı. İmamın Nəcəfdə məruz qaldığı təzyiqlər zahirdə az olsa da, saxta ruhanilər tərəfindən məruz qaldığı təzyiqlər və məhdudiyyətlər o dərəcədə onu incitmişdi ki, həmişə bu 13 ilin acı illər olduğundan söz açmışdı. Amma bu müsibət və çətinliklərin heç birisi onu addımladığı yoldan çəkindirə bilmədi.
İmam bütün müxalifətlərə rəğmən Nəcəfin Şeyx Ənsari məscidində dini elmləri tədris etməyə başladı və bu da Parisə mühacirət edənə qədər davam etdirildi. Onun dərsləri ən etibarlı və keyfiyyətli, tələbələrin çox iştirak etdiyi dərslərdən sayılırdı.
İmam Xomeyni Nəcəfə daxil olan zamandan məktub və müxtəlif vasitələrlə İrandakı mübarizlər ilə əlaqəsini qoruyub saxlayırdı və onları hər bir münasibətdə 15 Xordad qiyamının hədəflərini qoruyub saxlamağa və izləməyə çağırırdı.
İmam Xomeyni bütün sürgün edildiyi illərdə, bütün çətinliklər və məhdudiyyətlərə baxmayaraq mübarizədən əl çəkmədi, özünün çıxışları və ümidverici müraciətləri ilə xaqlqın ürəyində zəfər çalmaq ümidini diri saxladı.
İmam 1347-ci il mehr ayının 19-da (m. 11/10/1968) Fələstinin Əl-Fəth təşkilatının nümayəndəsi ilə söhbətində özünün İslam dünyası və Fələstin xalqının mübarizəsi ilə bağlı baxışlarını açıqladı. Həmin söhbətdə şəri zəkatın bir hissəsinin fələstinli mücahidlərə sərf olunmasına aid fətva verdi.
1348-ci ilin əvvəllərində (m. 1969) İran və İraq arasında iki ölkənin su sərhədləri barədə ixtilafları gücləndi. İraq rejimi bu ölkədə yaşayan bir çox İran vətəndaşlarını ən ağır vəziyyətdə ölkədən qovdu.
BƏƏS rejimi İmam Xomeyninin İran rejimi ilə düşmənçiliyindən suistifadə etməyə çox can atdı.
İmamın 4 il tədrisi, məsələləri işıqlandırması Nəcəf Elmi Hövzəsində ab-havanı bir qədər dəyişdirə bilmişdi. Artıq İrandan əlavə İraq, Livan və digər müsəlman ölkələrdə də İmam Xomeyninin müxatəbləri çoxlamış və onun hərəkatını özlərinə nümunə götürənlərin sayı artmışdı.

İmam Xomeyni və mübarizənin davam etdirilməsi
(1350-1356)


1350-ci (m. 1971) ilin ikinci yarısında İraqın BƏƏS rejimi ilə İran şahı arasında ixtilaflar şiddətləndi və bu, İraqda yaşayan bir çox iranlının didərgin düşməsinə səbəb oldu.
İmam Xomeyni İraq prezidentinə teleqram göndərərək bu hərəkəti kəskin pislədi. Yaranmış şəraitə etiraz əlaməti olaraq İmam, İraqdan çıxmaq qərarına gəldi. Amma Bağdad dövləti onun hicrət etməsinin nəticələrindən qorxub buna mane oldu.
1354-cü il 15 xordad (m. 5/6/1975) qiyamının ildönümü günü bir daha Qumun Feyziyyə mədrəsəsində inqilabçı tələbələr aksiya keçirdilər. Aksiya, Xomeyniyə alqış və pəhləvi sülaləsinə ölüm şüarları iki gün davam etdi. Bu zaman dağılmış partizan təşkilatların üzvləri, dini şəxsiyyətlər və siyasi mübarizlər şah rejiminin zindanlarında idi.
Şah, anti-din siyasətlərinin davamında həyasızcasına ölkənin İslam peyğəmbərinin (s) hicrətinə əsaslanmış rəsmi təqvimini Əhəmənilərin şahlığının yaranmasına əsaslanan, təqvimə çevirdi.
İmam Xomeyni bu məsələyə kəskin reaksiya verərək əsassız şahlıq təqvimindən istifadə edilməsini haram edən fətva verdi. İran xalqı Rəstaxiz partiyasının buraxılması kimi bu fətvanı da alqışladı və 1357-ci (m. 1978) ildə rejim rüsvaycasına hər iki məsələdə geri çəkilərək şahlıq təqvimini ləğv etdi.

İslam İnqilabının 1356-cı ildə pik həddə çatması və xalqın qiyam etməsi

İran və dünya olaylarını diqqətlə izləyən İmam Xomeyni yaranmış fürsətdən yetərincə faydalanmağa çalışdı. İmam 1356-cı il mordad ayında (m. 1977-ci ilin avqust ayı) müraciət yayaraq elan etdi: “İndi daxili və xarici vəziyyəti və rejimin cinayətlərinin xarici mətbuat və təşkilatlarda əks olunduğunu nəzərə alaraq elmi və mədəni cəmiyyətlər, habelə vətənpərvər şəxsiyyətlər, bütün tələbələr və islami cəmiyyətlər vaxt itirmədən ayağa qalxsınlar.
1356-cı il 1 abanda (m. 23/10/1977) Ayətullah Mustafa Xomeyninin şəhid edilməsi ilə İranda əzəmətli matəm mərasimləri keçirildi. Bu hadisə elmi hövzələrin və dini qurumların bir daha ayağa qalxmalarına zəmin yarandı.
İmam Xomeyni o zaman bu hadisəni Allahın gizli lütfü adlandırdı. Şah rejimi “İttilaat” qəzetində dərc etdiyi bir məqalədə İmamı təhqir etdi. Rejim bununla İmam və inqilabçılardan intiqam aldığını düşünürdü. Qeyd olunan məqalə 1356-ci il 19 dey (m. 9/1/1978) qiyamına səbəb oldu. Bu qiyamda Qumun inqilabçı tələbələrindən bir dəstəsi qana boyandı. Şah kütləvi qırğınlara əl atmasına baxmayaraq alovlanmış şölələri söndürə bilmədi.

İmam Xomeyninin İraqdan Parisə hicrət etməsi

İran və İraqın xarici işlər nazirlərinin Nyu-York görüşündə İmam Xomeyninin İraqdan çıxarılması qərara alındı. 1357-ci il, 2 mehrdə (m. 24/9/1978) İmam Xomeyninin Nəcəfdəki evi BƏƏS rejimi qüvvələri tərəfindən mühasirəyə alındı. Bu xəbərin yayılması İran, İraq və başqa ölkələrin müsəlmanlarını qəzəbləndirdi.
Mehrin 12-də (m. 4 oktyabr) İmam Xomeyni Nəcəfdən Küveytə tərəf yollandı. Küveyt dövləti İran rejiminin göstərişi ilə İmamın bu ölkəyə daxil olmasına icazə vermədi.
İmamın Livan və ya Suriyaya hicrət edəcəyi düşünülürdü. Ancaq İmam, oğlu höccətül-islam Seyid Əhmədlə məsləhətləşdikdən sonra mehrin 14-də (m. 6 oktyabr) Parisə hicrət etdi. Həzrət Parisin ətrafında yerləşən Nofl-Loşato kəndində iranlıların birinin evinə getdi.
Elizey sarayının məmurları İmamın bütün siyasi fəaliyyətlərdən çəkinməsini tələb edən Fransa prezidentinin xəbərdarlığını ona çatdırdılar. İmam da kəskin reaksiya verərək bu cür məhdudiyyətlərin demokratiya iddiası ilə zidd olduğunu xatırladaraq vurğuladı ki, bu aeroportdan digər aeroporta, bu ölkədən başqa ölkəyə köçməyə məcbur olsa da, öz məqsədlərindən əl çəkməyəcək.
İmam Xomeyni 57-ci ilin dey ayında (m. 1979-c ilin yanvar ayı) İnqilab Şurasını təşkil etdi. Şah da Səltənət Şurasını təşkil etdi və Bəxtiyar kabinetinə etimad səsi almaqla dey ayının 26-da (m. 16 yanvar) ölkədən qaçdı.
Bu xəbərin Tehranda, sonra isə bütün İranda yayılması ilə xalq küçələrə axışıb şənlik etdilər.

14 il sürgündən sonra İmam Xomeyninin İrana qayıdışı

1357-nin bəhmən ayının əvvəllərində (m. 1979-cu ilin yanvar) İmamın ölkəyə qayıdışı xəbərini eşidən hər bir kəsin sevincdən gözləri yaşla dolurdu. Xalq 14 il intizar çəkmişdi. Ancaq eyni zamanda xalq və İmamın dostları onun canına görə narahat idilər. Çünki ölkədə hələ də şahın əlaltısı olan dövlət və hərbi hökumət hökm sürürdü. İmam Xomeyni həzrətləri isə bu həlledici və qorxulu günlərdə öz xalqının kənarında olmaq istədiyini söyləmişdi. Bəxtiyar hökuməti general Hayzerin köməkliyi ilə ölkənin hava limanlarını xarici uçuşların üzünə bağladı.
Bəxtiyar hökuməti bir neçə gündən artıq müqavimət göstərə bilmədi və xalqın istəyini qəbul etməyə məcbur oldu. Nəhayət, İmam Xomeyni 14 il vətən həsrəti ilə yaşadıqdan sonra 1357-ci il 12 bəhməndə (m. 3/2/1979) gecə vaxtı ölkəyə daxil oldu. İran xalqının onu misli görünməmiş qarşılaması elə yüksək və inkarolunmaz idi ki, qərb agentlikləri də bunu etiraf etməyə məcbur oldu və İmamı qarşılayanların 4-6 milyon nəfər arasında olduğunu qeyd etdilər.

İmam Xomeyninin vəfatı, yarın vüsalı, dostların ayrılığı

İmam Xomeyni hədəflər, amallar və çatdırılması lazım olan hər bir şeyi yerinə yetirmiş, əməldə də bütün varlığını onların həyata keçməsi üçün sərf etmişdi. İndi 1368-ci ildə (m. 1989) öz ömrünü sərf etdiyi, ondan başqa heç kimin qarşısında əyilmədiyi və ondan başqa heç kimin üçün göz yaşı axıtmadığı əzizini görmək istəyirdi. Artıq onun irfani şerlərinin hamısı ayrılıq və məhbubun vüsalın yetişməsi barəsində idi. İndi isə onun üçün bu şöhrətli və ardıcılları üçün dözülməz an yetişirdi. O özü vəsiyyətnaməsində yazmışdır: “Sakit ürək, arxayın qəlb, şad əhval-ruhiyyə və Allahın fəzlinə ümidvar bir fitrətlə bacı-qardaşlarımdan ayrılır və əbədi yerə doğru səfər edirəm. Sizin xeyirli dualarınıza ehtiyacım vardır. Rəhman və Rəhim Allahdan istəyirəm ki, nöqsan, təqsir və qüsurlarımı bağışlasın. Xalqdan da gözləntim budur ki, nöqsanlarıma görə üzrümü qəbul etsin, qüdrət və qəti iradə ilə irəliləsin”.
Çox maraqlıdır ki, İmam Xomeyni vəfatından bir neçə il öncə qəzəllərinin birində söyləmişdir:
“Fərəcin intizarını xordadın ortasından çəkirəm
İllər ötür, hadisələr yetişir”
1368-ci il, 13 xordad, şənbə günü saat 22:20 dəqiqə vüsal anı idi. Allahın nuru və mənəviyyatla milyonlarla qəlbləri dirildən bir ürək dayandı. İmamın dostları tərəfindən xəstəxanada yerləşdirilən gizli kamera vasitəsilə onun xəstəlik günləri, cərrahiyyə əməliyyatı və Haqqa yetişdiyi anlar çəkilmişdir. Bu günlərdə İmamın mənəviyyata qovuşması televiziyada göstərildiyi zaman ürəklərdə elə bir fırtına yaratdı ki, onu yalnız orada olmaqdan başqa heç cür təsəvvür etmək mümkün deyil. Dodaqlar Allahın zikrini deməkdə idilər.
Həyatının sonuncu gecəsi 87 yaşında ikən bir neçə ağır cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq və qollarına bir neçə sistem qoşulduğu halda gecə nafilə namazını qılır və Quran tilavət edirdi. Son saatlarda mələkuti bir sakitliyi vardı və ardıcıl surətdə Allahın birliyinə və Peyğəmbəri-əkrəmin (s) peyğəmbərliyinə şəhadəti zümzümə edirdi. Belə bir halda onun ruhu yüksəkliklərə qalxdı. İmamın vəfatı xəbəri yayıldı. Elə bil böyük bir zəlzələ baş vermişdi. Qanlar coşdu, İran və İmam Xomeyni həzrətlərinin adı və ismarıcı ilə tanış olan dünyadakı bütün insanları birgə ağlayaraq baş və sinələrinə vurdular. Heç bir qələm bu acı hadisəni açıqlamağa və həmin gündə xalqın idarəolunmaz emosiya dalğasını vəsf etməyə qadir deyil.
İran xalqı və inqilabçı müsəlmanlar belə bir şəkildə göz yaşı tökməkdə və tarixdə bənzəri olmayan belə yüksək şəkildə səhnələr yaratmaqda haqlı idilər. Onlar elə bir şəxsiyyəti itirmişdilər ki, tapdaq altında qalmış izzətlərini qaytarmış, zülmkar şahlar, amerikalı və qərbli qarətçilərin əllərini onların diyarından kəsmiş, islamı diriltmiş, müsəlmanlara izzət vermiş, İslam respublikası yaratmış, dünya şeytanları və cəhənnəmlikləri qarşısında dayanmış, 10 il daxili və xarici yüzlərlə təfriqəçilik, çevriliş planı və fitnə müqabilində müqavimət göstərmiş və 8 il müqəddəs müdafiəyə rəhbərlik etmişdi. Halbuki, qarşı cəbhədə düşmən dayanaraq şərq və qərbin böyük himayəsi ilə hücum edirdi.
Xalq sevimli rəhbəri, din mərcəsi və İslamın doğru carçısını itirmişdi. Bu məsələləri anlaya və həzm edə bilməyənlər xalqın İmamın cənazəsinin dəfn olunması lentlərini müşahidə edərlərsə və bu dözülməz hadisədə onlarla şəxsin sıxıntı olduğuna görə ürəklərinin dayandığını, təsirin şiddətindən insanların bir-birinin ardınca huşunu itirərək xalqın əlləri üzərində xəstəxanalara çatdırıldıqlarını film və fotolardan görərlərsə də yenə bu həqiqətlərin izahını açıqlaya bilməzlər.
Amma eşqlə tanış olanlar və onu təcrübə edənlər üçün burada heç bir heyrətləndirici hadisə yoxdur. Doğrudan da İran xalqı İmam Xomeyni həzrətlərini sevirdilər. Onun vəfatının ildönümü üçün necə də gözəl şüarlar və deyimlər seçmişlər: “Xomeyniyə sevgi bəsləmək bütün yaxşılıqlara sevgi bəsləməkdir”.
1368-ci il, 14 xordadda Rəhbərliyin Ekspertlər Məclisi təşkil olundu və İmam Xomeyninin 2 saat yarım sürən vəsiyyətnaməsinin Ayətullah Xamenei tərəfindən oxunmasından sonra İmam Xomeyninin və İslam İnqilab Rəhbərinin canişininin seçilməsi məsələsi müzakirə olundu. Bir neçə saatdan sonra İmam Xomeyninin şagirdlərindən olan, İslam İnqilabının parlaq simalarından və 15 xordad qiyamının köməkçilərindən, inqilabın enişli-yoxuşlu yolunda daim İmamla birgə olan, o zamankı prezident həzrət Ayətullah Xamenei yekdil səslə bu çətin rəhbərlik üçün seçildi.
Neçə illər idi ki, qərb və onların ölkə daxilindəki muzdurları İmamı məğlub etməkdə məyus olmuşdular və İmamın ölümünün vədəsini verirdilər. Ancaq İran xalqının ayıqlığı, Ekspertlər Məclisinin layiqli və sürətli seçimi, İmamın ardıcılları və övladlarının dəstəyi inqilab əleyhinə olan bütün ümidləri puça çıxardı. Bununla da İmamın vəfatı yolun sonu yox, əksinə İmam Xomeyni (rə) əsrinin geniş başlanğıcı idi. Düşüncə, yaxşılıq, mənəviyyat və həqiqət ölərmi? 1368-ci il, 15 xordadda (m. 5/6/1989) gecə-gündüz Tehran və İranın digər şəhər və kəndlərindən matəmə qərq olmuş saxlayan milyonlarla insan öz qiyamı ilə qara zülm əsrində əyilmiş dəyərlərin qamətlərini qaldıran, dünyada Allahsevərlik və insani fitrətə qayıdış düşüncəsini yaradan şəxsiyyətin pak bədəni ilə sonuncu dəfə olaraq vidalaşmaq üçün Tehranın böyük müsəllasına axışıb gəlirdi.
Burada formal xarakter daşıyan ruhsuz rəsmi mərasimə aid heç bir şey yox idi. Hər bir şey könüllü, insansevərliklə və sevgi ilə idi. İmamın pak və yaşıla bürünmüş bədəni milyonlarla matəm iştirakçısının əli üzərində bir qaş kimi parıldayırdı. Hər biri öz dilində İmamı zümzümə edirdi və göz yaşı axıdırdı. Prospektlər və müsəllaya birləşən bütün yollar qaraya bürünmüşdü və başdan-başa cəmiyyətlə dolu idi.
Matəm bayraqları şəhərin qapı və divarlarına asılmış, bütün məscidlər, idarələr və mənzillərdən Quran səsi gəlirdi. Gecə yetişdiyində İmamın yandırdığı məşəlin xatirəsinə minlərlə şam müsəllada və onun ətrafındakı təpələrdə yandırıldı. Qəmli ailələr şamların ətrafında əyləşmiş və gözlərini nurlu yüksəkliklərə dikmişdilər.
Yetimlik hiss edən, baş və sinələrinə vuran bəsiclərin “Ya Hüseyn” fəryadı Aşura ab-havası yaratmışdı. Artıq İmam Xomeyni həzrətlərinin ürəyəyatan səsini bir daha Cəmaran hüseyniyyəsində eşitməyəcəkləri fikri onları taqətdən salmışdı.
Xalq gecəni İmamın pak cənazəsinin yanında keçirdi. 16 xordadın (m. 6 iyun) ilk səhər saatlarında gözləri yaşla dolu milyonlarla insan Ayətullah əl-üzma Gülpayqaninin imamlığı ilə İmamın cənazə namazını qıldılar.
1357-ci il, 12 bəhməndə (m. 1/2/1979) İmam Xomeyninin ölkəyə dönüşü günü xalqın kütləvi qəhrəmancasına iştirakı və bu qəhrəmanlığın İmamın dəfn mərasimində təkrarı tarixin heyrətləndirici hadisələrindəndir. Dünyanın rəsmi agentlikləri 1357-ci ildə İmamı qarşılayan cəmiyyətin 6 milyona çatdığını və dəfn mərasimində bu rəqəmin 9 milyon nəfər olduğunu təxmin etdilər. Halbuki, inqilabın düşmənlərinin hesablamalarına görə İmam Xomeyninin 11 illik hökuməti dövründə qərb və şərq ölkələrinin birləşərək inqilabla düşmənçilik etməsi, 8 illik müharibəni İrana zorla qəbul etdirmələri, İrana qarşı yüzlərlə ayrı-ayrı təfriqələr, İran xalqının saysız çətinliklərə və problemlərə dözməsi, saysız əzizlərinin itirmələrinə diqqət etməklə, xalq yavaş-yavaş İmamdan soyumalı idi. Ancaq heç vaxt belə olmadı. İmam Xomeyninin ilahi məktəbində yetişmiş nəsil İmamın bu sözlərinə tam inamları var idi: “Dünyada zəhmətlər, əziyyətlər və fədakarlıqların həcmi onun dəyərli və məqsədli uca amalı miqdarındadır”.
Əzadarların güclü həssaslığına görə dəfn mərasimin davam etdirmək mümkün olmadı. Radiodan dəfələrlə mərasim təxirə salındığı, onun sonrakı zamanı bildiriləcəyi və xalq öz evlərinə dönmələri xahiş olundu. Məsul şəxslər şübhə etmirdilər ki, hər nə qədər zaman keçərsə, uzaq şəhərlərdən İmama sevgi bəsləyənlər Tehrana axışacaq və dəfn mərasimində iştirak edən cəmiyyətin sayı daha da artacaqdır. Ona görə də həmin gün günortadan sonra dəfn mərasimi elə o tərzdə və o çətinliklə həyata keçirməyə məcbur oldular. Bu mərasimin bəzi hissələri müxbirlər vasitəsi ilə dünyaya yayıldı. Beləliklə İmam Xomeyni həzrətlərinin yeni oyanış yaradan həyatı kimi vəfatı da əbədiliyə çevrildi. Çünki o həqiqət idi, həqiqət isə həmişə yaşayır və fəna olan deyildir.
889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP