Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2024

Qəzzə zolağında 15 min uşaq şəhid olub

Fələstinin Təhsil Nazirliyi sionist rejimin təcavüzü nəticəsində Qəzzə zolağında yaşayan 15 mindən çox uşağın şəhid olduğunu bildirib.

Fələstin Təhsil Nazirliyi bu gün verdiyi açıqlamada əlavə edib: “2023-cü il oktyabrın 7-dən bəri şəhid olan bu uşaqların əksəriyyəti məktəb və uşaq bağçalarının şagirdləri olub.”

Bu açıqlamaya görə, eyni müddət ərzində İordan çayının qərb sahilində 64 şagird işğalçı qüvvələr tərəfindən şəhid edilib.

Fələstin Təhsil Nazirliyi sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərin ən çox qurbanlarının uşaqlar olduğunu və bu müharibə nəticəsində böyük bədəl ödədiklərini qeyd edib.

“Qəzzə zolağına qarşı müharibə başlayandan bəri 620 min şagird və 88 min tələbə təhsildən məhrum olub və onların əksəriyyəti ruhi və fiziki xəsarətlərlə üzləşib”, - deyə, nazirlik əlavə edib.
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP