Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2024

Putin: İkitərəfli münasibətlərdə Rəisinin nailiyyətlərini qoruyub saxlayacağıq

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda bəzi dünya mediasının rəhbərləri ilə görüşdə İRNA-nın Baş direktoru Əli Nadirinin sualını cavablandıraraq deyib: “Şəhid Rəisi Tehran-Moskva əlaqələrinin genişlənməsində mühüm rol oynayıb və onun prezidentliyi dövründə əldə edilən nailiyyətlər bundan sonra da qorunub saxlanılacaq və izlənəcək.”

Vladimir Putin bu sözləri illik ənənəyə uyğun olaraq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində yerli və xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

Rusiya Prezidenti bildirib: “Biz İranla iqtisadi və ticarət əlaqələri ardıncayıq və hələ də, xüsusilə yüksək texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyə çalışırıq.”

Putin deyib: “Prezident Rəisi ilə çox yaxşı münasibətlərimiz var idi. O, etibarlı tərəfdaş, çox ciddi siyasətçi və eyni zamanda özünəməxsus zarafatcıl təbiətli bir insan idi.”

Rusiya Prezidenti bildirib: “Biz hələ də cənab Rəisinin dövründə əldə olunan razılaşmaları genişləndirməyə çalışırıq. Biz düzgün istiqamətdəyik və münasibətlərin inkişafı yolundayıq. Cənab Rəisinin bu məsələdə çox böyük rolu olub.”

Putin vurğulayıb: “İranın yaxşı və sabit vəziyyəti var. İranda icra orqanı tam şəkildə mütəşəkkil və sabitdir.”
793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP