Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2024

İran sionist rejimin Nusəyrat düşərgəsində törətdiyi cinayəti kəskin pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə zolağının mərkəzindəki Nusəyrat düşərgəsində törətdiyi dəhşətli cinayəti kəskin pisləyib.

İRNA-nın məlumatına görə, Nasir Kənani 8 iyun şənbə günü Qəzzə zolağının Nusəyrat düşərgəsində yüzlərlə fələstinli vətəndaş, uşaq və qadının qətliamında sionistlərin törətdikləri dəhşətli və sarsıdıcı cinayətləri Qəzzə zolağında işğalçı İsrail rejimi tərəfindən səkkiz aydır davam edən hərbi cinayətlərə, bütün qanun və qaydaların və beynəlxalq humanitar hüquqların pozulmasına qarşı hökumətlərin, eləcə də BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, məsul beynəlxalq təşkilatların hərəkətsizliyinin nəticəsini hesab edərək deyib: “Bu hərəkətsizliyin davam etməsi cinayətkarları fələstinlilərin soyqırımını davam etdirməyə sövq etməkdən başqa bir şey deyil.”

Diplomatik qurumun sözçüsü vurğulayıb: “Fələstin vətəndaşlarının və uşaqların parçalanmış və qanına boyanmış cəsədləri sionist rejimin silah arsenallarının Amerika və Avropanın bomba və raketləri ilə davamlı şəkildə doldurulması, ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimi dəstəkləməkdə davam etməsinin nəticəsidir.”
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP