Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2024

HƏMAS: Nusəyrat cinayəti Amerika və İsrailin əlbir olduğunu ortaya qoydu - Əlimizdə çoxlu əsirlər var

HƏMAS hərəkatı bu gün (şənbə) yaydığı bəyanatında sionist rejim ordusunun Qəzzə zolağının mərkəzindəki Nusəyrat düşərgəsində törətdiyi dəhşətli cinayəti pisləyib və bu cinayətin Amerika ilə sionistlərin əlbir olduğunu ortaya qoyduğunu bəyan edib.

HƏMAS-ın bəyanatında bildirilir: “Düşmənin terrorçu ordusu Nusəyrat qaçqın düşərgəsində dinc əhaliyə qarşı dəhşətli qətliam törədib və cinayət Qəzzə zolağının digər mərkəzi rayonlarına da yayılıb.”

HƏMAS vurğulayıb: “Amerikanın cinayət əməliyyatda iştirakı Qəzzə zolağında hərbi cinayətlərdə Amerika hökumətinin şərikliyini və tam iştirakının rolunu bir daha sübut etdi.”

Bəyanatda bildirilir: “Ərəb və İslam xalqlarını və dünyanın azad insanlarını daha çox təzyiq göstərməyə, Qəzzədə təcavüz və soyqırımı pisləmək üçün kampaniyanı gücləndirməyə çağırırıq.”
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP