Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2024

Rus ordusu sonuncu qalaya hücuma başladı

Rusiya qüvvələri Çasiv Yarda (Donetsk vilayəti) Ukrayna ordusunun əsas müdafiə xəttini keçməyib, amma onun şərqinə doğru fəal şəkildə irəliləyir.

Bunu Ukraynanın “Xortitsa” qoşun qrupunun sözçüsü Nazar Voloşin deyib.

İnternetdə Rusiya hərbçilərinin Çasiv Yarda hərəkətləri ilə bağlı video yayılıb. Voloşinin sözlərinə görə, video şəhərdəki Ukrayna hərbçilərinin əsas müdafiə xətti olan Siverskidə Donetsk-Donbas kanalının şərqində çəkilib.

“Ruslar əsas müdafiə xəttini keçməyiblər, amma onun şərqinə doğru fəal şəkildə irəliləyirlər”, - sözçü bildirib.

Öz növbəsində Rusiya mənbələri şəhərdə 500 metr irəlilədikləri haqda məlumat yayıb.
420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP