Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2024

Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi

Çin Tayvan adasının administrasiyasına silah tədarükünə görə ABŞ-ın bir sıra hərbi-sənaye şirkətlərinə və onların rəhbərlərinə yeni sanksiyalar tətbiq edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, Ağ Ev bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan edib ki, bu da Vahid Çin prinsipini və Çin-ABŞ Birgə kommunikesini ciddi şəkildə pozur. Bu, Çinin daxili işlərinə ciddi müdaxilədir və ölkənin suverenliyi və ərazi bütövlüyünə böyük ziyan vurur.

Məhdudiyyət tətbiq edilənlər arasında “Anduril Corporation”, “Maritime Tactical Systems Corporation”, “Pacific Rim Defense Corporation”, “AEVEX Aerospace Corporation”, “LKD Aerospace Corporation” və “Summit Technology Corporation” kimi şirkətlər yer almaqdadır.
3892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP