Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2025

Associated Press: Qəzzəli uşaqlar soyuqdan və dərman çatışmazlığından ölür

Amerikanın "Associated Press" xəbər agentliyi Qəzzədəki vəziyyətlə bağlı hazırladığı hesabatda Qəzzədə uşaqların soyuq və tibbi ləvazimat çatışmazlığı nəticəsində həyatını itirdiyini yazıb.

Xəbər agentliyi öz hesabatında əlavə edib ki, sionist rejimin Qəzzəyə ərzaq, dərman və yanacaq yardımlarının daxil olmasına mane olmaq üçün hərəkəti bölgədə qiymətlərin artmasına səbəb olub. Humanitar təşkilatlar öz kiçik mal ehtiyatlarını Qəzzə sakinlərinin zəif təbəqələri arasında paylamağa çalışırlar.

Bununla əlaqədar olaraq Norveç Qaçqınlar Şurasının kommunikasiyalar üzrə müşaviri Qəzzədəki vəziyyəti nəzərdən keçirərkən bildirib ki, humanitar yardımın dayandırılmasından sonra Qəzznin Əl-Xəyyam düşərgəsində yemək üçün heç bir qida yoxdur.

“Birinci mərhələdə alınan yardımlar bu ərazinin sakinlərinin ehtiyaclarını ödəyə bilməz” - deyə, o, əlavə edib.
Avropa rəsmisi qeyd edib ki, Qəzzədə uşaqlar həddindən artıq soyuq və tibbi avadanlıq çatışmazlığı səbəbindən ölür.
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP