Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2025

İngiltərənin İrana qarşı iddiaları rədd edildi

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İngiltərə rəsmilərinin İran İslam Respublikasına qarşı İranın bu ölkənin milli təhlükəsizliyini təhdid etməyə çalışması ilə bağlı iddialarını əsassız hesab edib, onları İrana və Qərbi Asiya regionuna qarşı qeyri-konstruktiv yanaşmalara son qoymağa çağırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də qarşılıqlı hörmət və ölkələrin daxili işlərinə qarışmama prinsiplərinə, beynəlxalq qanun və qaydalara hörmət etdiyini bəyan edərək vurğulayıb: “İngiltərə rəsmilərinin İranın ölkənin daxili təhlükəsizliyini təhdid etməsi ilə bağlı iddiaları əsassız və yalan olmaqla yanaşı, həm də İran xalqına qarşı çox zərərli müdaxilələrin uzun və talesiz keçmişi olan bir tərəfin şüurlu proyeksiyasıdır, hansı ki, hazırda da anti-İran terror qrupları və ünsürlərinə evsahibliyi etmək və onlara dəstək vermək imkanını əldən vermir.”

Bəqai İngiltərə rəsmilərinə tövsiyə edib ki, İran İslam Respublikasına qarşı qarşıdurma siyasətləri və əsassız ittihamlarda israr etmək əvəzinə, İran xalqına qarşı yanlış siyasətlərindən əl çəksinlər, terrorizmi təşviq və təbliğ etməyi dayandırsınlar.
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP