Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2025

Ramazan ayı haqda bir neçə ayə

Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizin üçün də vacib edildi. Bəlkə təqvalı olasınız. (Bəqərə surəsi, ayə 183)

Bir neçə sayı müəyyən gün, (sizin üçün oruc qərar verildi.) Amma hansınız xəstə və ya səfərdə olsa, digər günlər həmin sayda (oruc tutsun). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) kəffarə verməli, miskini doyurmalıdırlar. Hər kəs öz meyli ilə çox yaxşılıq etsə, onun üçün daha yaxşıdır. Amma əgər (orucun əsərlərini) bilsəniz, (anlayarsınız ki,) oruc tutmaq sizin üçün yaxşıdır. (Heç vaxt orucunu üzürlü səbəbdən yeyənlərə qibtə etməzsiniz.) (Bəqərə surəsi, ayə 184)

Ramazan ayı bir aydır ki, Quran onda nazil olmuşdur. (Quran) aşkar dəlillərlə xalqı hidayət edən və haqqı batildən ayıran vasitədir. Sizlərdən hər kəs bu aya yetişsə oruc tutmalıdır. Xəstə və ya səfərdə olan şəxs başqa günləri həmin sayda oruc tutsun. Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamlaşdırasınız və sizi hidayət etdiyi üçün Allahı yada salasınız. Bəlkə şükür edən olasınız. (Bəqərə surəsi, ayə 185)
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP