Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2025

Suriyada mülki şəxslər küçədə edam edildi

Suriyanın Sahil bölgəsində keçən gün ardıcıl ikinci gündür qarşıdurmalar və iğtişaşlar davam edir. Halbuki, insan haqları təşkilatları Dəməşqin yeni hökumətinin ünsürlərinin qadın və uşaq da daxil olmaqla onlarla mülki şəxsi küçələrdə edam etdiyi bir neçə yeni qanlı cinayətlər barədə məlumat veriblər.

Son günlər Suriyanın Sahil bölgələri Əbu Məhəmməd əl-Colaninin başçılıq etdiyi yeni Dəməşq hökumətinin təhlükəsizlik qüvvələri ilə onun siyasətinə qarşı çıxanlar arasında artan gərginlik və qanlı toqquşmaların şahidi olub.

Suriyanın yeni rejiminin siyasəti ələvilər arasında geniş qəzəb yaradıb və cümə axşamı Qardahə, Cəblə, Laziqiyyə, Tartus, Homs və Masyaf şəhərlərində başlayan nümayişlərə səbəb olub.

Bu dinc nümayişə reaksiya olaraq Colaniyə bağlı hərbi qüvvələr birbaşa etirazçılara atəş açıb. Homs şəhərində atışma bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnib.
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP