Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2025

Polşalı general: “Rus ordusu qələbəyə yaxındır”

Kursk vilayətində Ukrayna ordusu ilə döyüşlərdə Rusiya silahlı qüvvələri qalib gəlir və tam qələbəyə yaxındır.

Bunu polşalı general Boquslav Patsek deyib.

“Ukrayna çox çətin vəziyyətdədir. Xüsusilə Kursk vilayətində ruslar tam qələbəyə yaxındırlar. Ruslar Ukraynanın çətin durumda olduğunu bilirlər, onu da bilirlər ki, müharibənin bu mərhələsində onlar qalib gəlirlər”, - general qeyd edib.

Patsekin fikrincə, Rusiya ordusu həm də ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı yaratdığı xaosdan razıdır.

Xatırladaq ki, general Boquslav Patsek Polşa Hərbi Jandarmının komandanı vəzifəsində çalışıb, Silahlı Qüvvələrin Baş Qərargahın rəis müşaviri olub.
368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP