Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2025

Lavrov: Trampın İrandan tələbi mümkün olmayan ssenaridir

Rusiyanın Xarici İşlər naziri bildirib: “Biz amerikalıların Donald Trampın prezident olduğu ilk dövrdə çıxdığı JCPOA-nın bərpa edilməsini dəstəkləyirik; bununla bağlı Avropa ölkələri ilə əlaqələr saxlanılır.”

Bu sözləri Sergey Lavrov amerikalı blogerlər Mario Naofalo, Larri Conson və Endryu Napolitanoya müsahibəsində “İran məsələsinin Rusiya ilə ABŞ arasında davam edən danışıqların tərkib hissəsi olub-olmaması” sualına cavab verərkən deyib.

O həmçinin deyib: “Biz ABŞ rəsmiləri ilə Fars körfəzindəki vəziyyəti, eləcə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə etdik.”

Rusiyanın Xarici İşlər naziri qeyd edib: “Bizim mövqeyimiz Fransa, Almaniya, İngiltərə, ABŞ, Rusiya, Çin və İranın (5+1) daxil olduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təsdiq etdiyi ilkin sazişdə nəzərdə tutulan formatın bərpasına əsaslanır.”

Lavrov hazırkı nüvə sazişinin və ya başqa razılaşmanın bərpasının perspektivləri ilə bağlı suala da cavab verərək deyib: “Amerika yeni nüvə sazişini İranın Yaxın Şərqdəki bir sıra qruplara dəstək verməmək öhdəliyi ilə əlaqələndirmək istəyir, ancaq bu seçim işləməyəcək.”

“Amerikalıların bu yeni sazişin siyasi şərtlərlə gəlməsini istəməsi əlamətlərinin olması narahatedicidir. Çünki buna əsasən, İran İraq, Livan, Suriya və digər ölkələrdəki qruplara dəstək verməməyi öhdəsinə götürməlidir” - deyə, Lavrov bildirib.
326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP