Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2025

Vatsapdan yeni funksiya

Vatsap artıq 1024 nəfərə qədər üzvü olan qruplarda da səsli söhbət funksiyasını aktiv edib.

Əvvəllər bu imkan yalnız 32-256 nəfərlik qruplarda aktiv idi.

Yeni sistem “açıq otaq” prinsipi ilə işləyir: istifadəçilər istədikləri vaxt söhbətə qoşulub ayrıla bilərlər. Bildirişlər isə səssiz şəkildə verilir.

Söhbətə başlamaq üçün çatın aşağısına keçib yuxarı sürüşdürmək və bir neçə saniyə saxlamaq kifayətdir. Bütün zənglər və mesajlar kimi, bu funksiya da tam şifrələnmiş şəkildə qorunur.
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP