Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2025

Putin tamamilə dəli olub - Tramp

Putin tamamilə dəli olub! O, lazımsız yerə çox adam öldürür və mən təkcə əsgərləri demirəm.

Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” səhifəsində yazıb.

“Mənim Putinlə yaxşı münasibətim var, amma ona nəsə olub. Ukraynanın şəhərlərinə heç bir səbəb olmadan raketlər və PUA-lar buraxılır. Mən həmişə demişəm ki, o, təkcə bir hissəsini deyil, bütün Ukraynanı almaq istəyir və ola bilsin bu, həqiqətdir. Amma bacararsa, bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq”, - Tramp bildirib.
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP