Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2025

Liverpuldakı insident zamanı yaralananların sayı 79-a çatdı

Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı baş verən insident nəticəsində yaralananların sayı 79-a yüksəlib.

“Reuters” xəbər verir ki, hadisə şəhərin mərkəzindəki "Water Street" küçəsində qeydə alınıb.

Avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində yaralananların 7-nin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisəni törədən 53 yaşlı sürücü artıq saxlanılıb. O, qəsdən adam öldürməyə cəhd maddəsi ilə şübhəli bilinir.
993 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP