Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2025

Rusiya ordusu Kiyevə ballistik raketlər və PUA-lardan zərbələr endirdi

İyunun 1-nə keçən gecə Kiyevdə partlayışlar baş verib.

“RBC-Ukrayna” xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Məlumata görə, Hərbi Hava Qüvvələri paytaxt istiqamətində yüksək sürətli hədəf barədə xəbərdarlıq edib. Cəmi bir neçə dəqiqə sonra Kiyevdə partlayış səsləri eşidilib.

Tkaçenko bildirib ki, Rusiya ordusu Ukrayna paytaxtına ballistik raketlərdən və PUA-lardan zərbələr endirib.

Şəhər sakinlərinə təhlükəsiz yerlərdə qalmaqla bağlı xəbərdarlıq edilib.

İtkilər və dağıntılar barədə məlumat verilməyib.
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP