Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2025

Yəmən ordusu ABŞ-yə məxsus təyyarənin...

Yəmən silahlı qüvvələrinin endirdiyi raket zərbəsi səbəbindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi İsrailin Ben-Qurion hava limanına eniş edə bilməyib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səri məlumat yayıb.

"Raket qoşunlarımızın həyata keçirdiyi əməliyyat nəticəsində Lod hava limanına (Ben-Qurion hava limanı nəzərdə tutulur – red.) "Fələstin-2" tipli hipersəs ballistik raketi atılıb", - o deyib.

Səri əlavə edir ki, hava limanına endirilən zərbə nəticəsində ardıcıl ikinci gün ABŞ-yə məxsus hərbi-nəqliyyat təyyarəsinin eniş etməsinin qarşısı alınıb.
833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP