Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

“Azpetrol” Fərhad Əliyevin qardaşına qaytarıldı

Qurban bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, "Azpetrol” Şirkətlər Qrupunun rəhbəri Rafiq Əliyevin biznes imperiyalarının bir hissəsi geri qaytarılıb.

"Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin şirkətdə olan payları bərpa edilib. Yada salaq ki, "Bank of Baku”nun səhmdarlarından olan R.Əliyevin həbsindən sonra bankın digər səhmdarları gəlir dividentlərindən məhrum olmuşdular. R.Əliyevin azadlığa çıxması ilə gəlir dividentləri də aktivləşib.

Xatırladaq ki, "Bank of Baku”nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), "Azpetrol” Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və "Azinvest” LLC (9, 98%)./axar.az/
6188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP