Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Rusiyadakı terrorla bağlı təfərrüatlar- (Fotolar)

Rusiya İstintaq Komitəsi Volqoqrad şəhərində terror aktı zamanı ölən və yaralananların adlarını açıqlayıb.

Virtualaz.org-un Vesti.ru-ya istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət telekanalında açıqlanan siyahıda olanların əksəriyyəti 18-29 yaşlı gənclərdir, eləcə də yaralılar arasında 1 yaşlı uşaq da var. Ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib.

Vəziyyəti ağır olan 4 nəfər isə Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə paytaxt Moskvaya çatdırılıb.

Hadisə yerində istintaq qrupu işləyir. Partlayıcı qurğunun gücü, ilkin ehtimallara görə, trotil ekvivalenti ilə 2-3 kiloqram təşkil edib. Partlayışı törədən kamikadzenin yanında onun şəxsiyyət vəsiqəsi də aşkar edilib. Dağıstan vətəndaşı Naida Asiyalova Volqoqrada Mahaçqaladan Moskvaya gedən avtobus vasitəsilə gəlibmiş və Volqoqradda avtobusdan enərək, 29 nömrəli avtobusa minib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Naida Asiyalova Dağıstan döyüşçüləri arasında «Amaturaxman» ləqəbi ilə tanınıb. O, 7 il Moskvada yaşayıb və mağazada satıcı işləyib. 30 yaşlı Asiyalovanın ölümcül xəstə olduğu və bunun üçün internetdə onun müalicəsi üçün kampaniyaların başladıldığı da məlum olub. Qadın terrorçunun Dağıstanın Qunib kəndində doğulduğu, iki dəfə ailə qurduğu bildirilir.

Əldə olunan məlumata görə, onun ikinci həyat yoldaşı vətəndaş nikahı ilə yaşadığı 22 yaşlı Moskva sakini Dmitri Sokolovdur. Vəhhabi məzhəbinə mənsub olduğu bildirilən Sokolovun 2012-ci ilin iyulunda yoxa çıxdığı məlum olub. Döyüşçülərə qoşulduğu iddia edilən «Əbdül Cabbar» ləqəbli Dmitri Sokolov Mahaçkalada terror aktları törətməkdə şübhəli kimi federal axtarışdadır. Volqoqrada Naida Asiyalovanın üzərindəki partlayıcı qurğunun da onun tərəfindən hazırlandığı istisna edilmir.

İstintaqın bir versiyasına görə isə Volqoqradda partlayış törədənlər əvvəlcə terror aktını Moskvada törətməyi planlaşdırmış ola bilərlər.




4808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP