Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Bakı metrosunda bomba həyəcanı yaradan şəxs tutuldu

Həminşəxs bundan əvvəl də eyni əməli törədib, lakin həmin vaxt həbs edilməyib

Ötən gün Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı 112 xidmətinə yalan məlumat verən şəxs həbs olunub.

Metronun “Nərimanov” stansiyasında gərginliyə səbəb olmuş zəng edən şəxs, Ağcabədi şəhər sakini 1993-cü il təvəllüdlü Cəbrayılov Nurlan Rəhman oğlu dünən axşam saatlarında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş başlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, N.Cəbrayılov bundan əvvəl də eyni əməli törədib, lakin həmin vaxt həbs edilməyib.
5120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP