Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Boks rinqində ölüm hadisəsi

Meksikalı boksçu Frenki Leal nokaut zamanı aldığı kəllə beyin zədəsi nəticəsində San Dieqo xəstəxanasında vəfat edib

İslamazeri.az-ın "Gazeta.Ru" saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı idmançı oktyabrın 19-da öz həmyerlisi Raul Hiraleslə döyüşdə nokaut məğlubiyyətindən sonra ciddi zədə alıb.

Boksçu birbaşa rinqdən ağır durumda xəstəxanaya çatdırılıb, bir müddətdən sonra isə komaya düşüb.

O, yerli xəstəxanadan San Dieqoya köçürülsə də, bu addım boksçunun həyatını xilas edə bilməyib.

Frenki Leal 2005-ci ildə peşəkar boksda başlayıb. Onun şəxsi göstəriciləri 20 qələbə, 8 məğlubiyyət və 3 heç-heçədir.
6079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP