26 Oktyabr 2013
Neft ölkəsinin dilənən “gələcəyi”

“Əmim bizi məcbur etdi ki, gedək dilənək”
Bu gün paytaxtın əksər küçələrində dilənən azyaşlı uşaqlara rast gəlinir. Adətən, “uşaqlar bizim gələcəyimiz”dir deyirlər. Belə həyat tərzi keçirən uşaqların gələcəyinin parlaq olacağı isə sual altındadır. Araşdırmalar göstərir ki, dilənən azyaşlılar əksərən ya ailənin sosial çətinliyini aradan qaldırmaq üçün küçələrdə pul qazanır, ya da məcburi əməyə cəlb olunurlar. Bu cür uşaqlara daha çox metronun “20 yanvar”, “Memar Əcəmi”, “Koroğlu” stansiyaları, “8-ci kilometr bazarı” yaxınlığında rast gəlinir.
Bu uşaqların həyat hekayətlərini dinləmək üçün onlarla həmsöhbət olduq. Avtobusda gedərkən iki - biri qız, o biri də oğlan uşağı olan dilənçi ilə rastlaşdıq. Əyinlərində çirkli paltar, üzlərindən yorğunluq yağan bu uşaqlardan biri elə yanımda əyləşdi. “Neftçilər”dən dilənmək üçün “Xalqlar dostluğu”na üz tutan bu balacaların birinin adı Zəhra, digərinin isə adı Akif idi. Zəhra 7 yaşı olduğunu dedi. Zəhra polis onları buradan qovduğu üçün bazara dilənməyə getdiklərini dedi: “Əgər axşama kimi 50 manat yığa bilməsək, əmim bizi döyəcək. Polislər də imkan vermədilər ki, ”Neftçilər"də dilənək".
Uşaq bu sözləri demişdi ki, qardaşı - 10 yaşlı Akif onun qoluna yumruq vurdu və danışmamasını tələb etdi. Çətinliklə uşaqları sakitləşdirmək mümkün oldu. Daha sonra Akif özü danışmağa başladı. O, ata-anası öldükdən sonra əmisinin himayəsinə keçdiklərini dedi: “3 il əvvəl atamla anam qəzaya düşüb öldülər. Bizə əmim baxırdı. Əmimin yoldaşı bizə dedi ki, gedin öz pulunuzu özünüz qazanın. Bir az əmimin işlədiyi kafedə işlədim. Sonra da əmim mənə dedi ki, gedin dilənin. Dilənçilikdə çox pul var. Hər gün bizə müəyyən məbləğ qoyur. Axşam ondan az pul yığsaq, yemək vermirlər”.
Mənzil başına yaxınlaşanda uşaqların şəklini çəkmək istəsək də buna imkan vermədilər və avtobusdan düşərək qaçdılar...
Elə uşaqlar var ki, onların heç sığınacaq yerləri də yoxdur. Onlar yayın istisində, qışın soyuğunda küçələrdə, tikintidə, avtobus dayanacaqlarında yatmağa məcbur olurlar. Bazarın yaxınlığında qarşılaşdığımız növbəti “qəhrəmanımız” da bu cür uşaqlardandır. Adının Tural olduğunu deyən 12 yaşlı bu oğlan nə oxumağı, nə də yazmağı bilir. Bizə yaxınlaşıb pul istədi. Ona pul verib, bununla nə edəcəyini soruşduq. Ümumiyyətlə, indiyədək məktəbə getmədiyini deyən bu balaca artıq 6 aydır ki, Bakının küçələrində qaldığını dedi: “Bu pulları yığıb anama verəcəyəm. Biz bu pulla rayonda evimizi tikəcəyik. Biz anamla gəldik ki, Bakıda dilənib pul yığaq və Ağdaşdakı evimizi tikdirək. Çox vaxt gecəni anamla dəmiryol vağzalında keçiririk. Pulu atama göndəririk, atam orda material alır və evi tikdirir. Artıq bitməsinə az qalıb”.
Uşağın evlərinin nə vaxtsa tikiləcəyi, isti dam altında yaşayacağı ehtimalı sevindirsə də, gözlərindəki dərin hüznü və yorğunluğu gizlədə bilmirdi.
5-6 yaşlarında olan bir balaca qızcığaz isə dilənməyinin səbəbini heç nə ilə izah edə bilmədi: “Elə-belə dilənirəm. Xoşum gəlir dilənməkdən”.
Elə bu sözləri demişdi ki, orta yaşlı dilənçi qadın uşağı dərhal yanına çağırdı. Qadına yaxınlaşıb uşağını niyə diləndirdiyini soruşduq. Əvvəlcə cavab vermək istəməsə də, sonradan ürəyini açan 35 yaşlı Məlahət buna məcbur olduğunu dedi: “Elə bilirsiniz mənim xoşuma gəlir uşağımı diləndirmək?! Ehtiyacım olmasa bunu etmərəm. Bundan başqa 2 azyaşlı uşağım var. Vaxtı ilə ailəmin sözünə baxmayıb tanımadığım biri ilə ailə qurdum. Sonum da bu oldu. Məni 3 uşağımla atıb getdi. Ailəm də məndən üz döndərdiyi üçün məcbur oldum dilənməyə. Uşağımın biri xəstədir. Övladlarımı ata da bilmərəm. Allah böyükdür. Bir gün şans bizim də üzümüzə güləcək”.
Anası ilə yol gedən bir uşağı göstərən Məlahət “mənim qızımın o uşaqdan nəyi əskikdir” - dedi...
Digər zavallı bir uşaqla isə “Memar Əcəmi”də rastlaşdıq. Əlində bir resept olan bu uşaq az qalırdı ki, ağlasın. O, “ay camaat anam xəstədir, pula ehtiyacımız var. Vallah yalan demirəm” deyərək titrək səsi ilə yalvarırdı. Kimisi uşağa 10-20 qəpik verir, kimisi isə yanından etinasız keçirdi. Uşağa yaxınlaşıb ona anasının xəstəliyinin nə olduğunu soruşduq. Əvvəlcə yalan danışsa da, sonradan doğrunu dedi: “Əslində anam xəstə deyil. Ümumiyyətlə anam rəhmətə gedib. Yemək ala bilmək, yaşamaq üçün dilənirəm. Bir atam var, bir də bacım. Atam da dilənir. Onun ayağında problem var. Amma bacımı dilənməyə qoymuram. O hələ balacadır. Həm də ki, istəmirəm mənim çəkdiklərimi çəksin. Bu cür yalvarmağı atam öyrədib. İşə də yarayır, onda daha çox pul verirlər. Ən çox polislərdən qaçıram. Çünki metroda, ya da avtobusda polis məni və mənim kimiləri tutanda pulumuzu əlimizdən alır”.
Uşağa “məktəbə getmək, normal həyat tərzi sürmək istəməzsənmi” deyərək sorduğumuzda o acı bir gülümsəmə ilə “mənim alın yazım budur: küçələr və dilənmək” deyərək uzaqlaşdı...
Biz gələcəyimiz olan bu cür acı talelər yaşayan uşaqların sadəcə olaraq bir neçəsinin həyatını qələmə almağa çalışdıq. Bundan da pis vəziyyətdə olan, bəlkə də soyuqdan hansısa küçədə titrəyərək həyatının son anlarını yaşayan minlərlə bu cür uşaqlar var. Acı da olsa, zəngin neft ölkəsində bu cür uşaqların sayı saymaqla bitmir.
Günel MANAFLI/Müsavat
Fotolar müəllifindir
18.08.22, 11:07
Çin Rusiyaya qoşun göndərir 18.08.22, 10:54
Sumqayıtda qətl hadisəsi baş verib 18.08.22, 10:51
Cəlilabadda qədim yaşayış məskəni tapıldı - Video 18.08.22, 09:23
Əhli-beytin (ə) Kərbəla ziyarətçisi haqda duaları 17.08.22, 09:26
Dünya əhalisinin 15 faizi... - Çin 16.08.22, 11:17
Bakıda gənc oğlan parkda bıçaqlanıb 16.08.22, 10:54
İran Rusiya ilə birgə təlimlərə başlayıb 16.08.22, 10:14
Ukrayna ordusu nə qədər itki verib? 16.08.22, 09:53
Əfqanıstanda 25 talib vəhşisi öldürüldü 16.08.22, 09:13
Həşd-Şəbi Mosulda terror planını zərərsizləşdirib 15.08.22, 09:23
Ukraya ordusunun müdafiəsi yarıldı, ruslar irəlilədi 15.08.22, 09:20
Zaxarova: Əgər Rusiya terror dövləti kimi tanınsa... 15.08.22, 09:15
Kərbəla şəhidlərinin başlarının Şama göndərilməsi 13.08.22, 09:05
İngiltərədə sionist rejim əleyhinə aksiya - Dəstəyi dayandırın 11.08.22, 09:53
“İstənilən işi görməyə hazırıq" – Ramzan Kadırov 11.08.22, 09:42
Rusiya 12 trilyonluq sərvəti ələ keçirib 10.08.22, 11:25
Türk əsgəri öldü 10.08.22, 10:32
Bakıda vəzifəli şəxsin 600 bal toplayan oğlu özünü asdı 10.08.22, 09:25
Mərakeşdə işğalçı sionist rejimin bayrağı yandırıldı 10.08.22, 09:24
Xeymələrin qarət olunması 09.08.22, 10:05
FTB Trampın iqamətgahına basqın etdi 09.08.22, 09:56
Antonov: Vaşinqton Ukrayna münaqişəsinin alovuna yağ... 07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi 06.08.22, 11:50
ABŞ-da sürücü 15 nəfəri əzdi 06.08.22, 10:31
Şəhid olan hərbçimiz nişanlı imiş 06.08.22, 10:14
Çinə aid 49 qırıcı Tayvan sərhədini keçdi 06.08.22, 10:11
Türkiyə itki verdi 05.08.22, 17:03
Laçında yaralanan əsgərimiz şəhid oldu 04.08.22, 09:48
İmam Hüseyn (ə) höccəti tamamlayır 03.08.22, 12:13
Laçında əsgərimiz şəhid olub 03.08.22, 09:55
Çin: Nüvə silahından ilk istifadə etməyəcəyik! 03.08.22, 09:48
Nazirlik əməkdaşı özünü asdı 02.08.22, 09:48
Putin: Nüvə müharibəsinin qalibi ola bilməz 02.08.22, 09:46
Orban: Brüssel rəhbərimiz deyil... 02.08.22, 09:44
Avropa təlaşdadır: ABŞ-Çin savaşı an məsələsidir 02.08.22, 09:32
Cənnət beyəti 01.08.22, 12:16
Bu il uşaqlara ən çox qoyulan adlar açıqlandı - Siyahı 01.08.22, 12:06
Çindən ABŞ-a gözdağı: Hipersəs raketini atdı 01.08.22, 10:00
İran ABŞ-a sazişə qayıtmağa daha bir şans... 01.08.22, 09:57
Masallıda 2 qardaş əmilərini balta ilə öldürdü 31.07.22, 12:05
İranın Hərbi Dəniz Qüvvələrinin komandiri: Biz təkcə Qırmızı və Aralıq dənizləri deyil, iradəmiz olan hər yerdə mütləq olacağıq 30.07.22, 10:39
Çin ordusu müharibəyə hazırlıq vəziyyətinə gətirildi 30.07.22, 10:16
Səfir: “İran və Azərbaycan dost, qardaş, müsəlman ölkələrdir” 30.07.22, 09:35
İranlı yəhudi: Məhərrəmlikdə toy etmirik 30.07.22, 09:31
Məhərrəm ongünlüyündə İmam Hüseynlə (ə) həmdərd olmaq 24.07.22, 19:52
Sionist general: "İsrail"in hava qüvvələrinin bazaları qarşıdan gələn müharibədə iflic vəziyyətinə düşəcək 23.07.22, 14:25
Amerikalı komandir: İran regionda hava üstünlüyünə nail olub 22.07.22, 21:00
Çin ABŞ-ı dünyanın ən təhlükəli ölkəsi adlandırdı 21.07.22, 11:23
Azərbaycanda boksçu intihar edib 21.07.22, 10:37
İraqın Baş naziri: Türkiyənin təcavüzünə cavab veriləcək 21.07.22, 10:36
İraq Türkiyəyə qarşı Təhlükəsizlik Şurasına şikayət edib 19.07.22, 18:23
Livanda sionist rejimə aid PUA sərnigun oldu 19.07.22, 09:09
Reuters: Bayden Qərbi Asiyadan əliboş qayıtdı 17.07.22, 19:31
Şamaxıda 13 yaşlı qız özünü asıb 17.07.22, 09:01
Yəmən: Müharibənin bitməsi və blokadanın götürülməsindən başqa heç bir şey bizi qane etməyəcək 17.07.22, 08:56
İran ABŞ-ın 61 vətəndaşına qarşı sanksiya tətbiq edib 15.07.22, 16:26
İmam Hadinin (ə) həyatından 14.07.22, 09:29
Əsgərimiz özünü güllələdi 14.07.22, 09:20
Yəmənin müdafiə naziri: Sionist rejim ən pis vəziyyətdədir 14.07.22, 09:19
Allahın giley-güzarı: Bəndələrim Mənim sözümə güvənmədilər 12.07.22, 09:18
Rusiyada LGBT qadağan olunur, cəza sərtləşdirilir 12.07.22, 08:45
İordaniya İranla əlaqələrə can atır 11.07.22, 11:28
ABŞ-da atışma: 3 ölü, 2 yaralı 11.07.22, 10:05
ABŞ-da qaz zavodunda güclü partlayış 11.07.22, 10:02
Baydenin oğlu narkotik çəkdiyinə görə həbs edildi 11.07.22, 09:52
Hərbçimiz həlak oldu - Foto 11.07.22, 09:50
ABŞ-ın F-18-i dənizə düşdü 11.07.22, 09:43
Şüeybin (ə) qızı əmanətdar insanın nişanəsini açıqlayır 09.07.22, 09:20
İran Xəzərdə təlimlərə başladı 09.07.22, 09:12
Məhkəmədə ürəyi partlayan qazinin ailəsi danışdı 08.07.22, 13:08
İmam Hüseynin (ə) karvanının Məkkədən çıxışı 07.07.22, 09:01
Qadının başını kəsib mağazaya atdılar - Yardımlıda 07.07.22, 08:59
Keçmiş polis əməkdaşı intihar etdi 07.07.22, 08:56
Hərbçimiz intihar etdi - Rəsmi 07.07.22, 08:52
Ərdoğanın son seçki sorğusunda məğlubiyyəti 06.07.22, 11:00
Göyçayda məktəbli intihar edib 06.07.22, 10:13
Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir 06.07.22, 09:52
Kadırovdan Zelenskiyə: Qaç! 06.07.22, 09:51
İran Rusiyaya 3 milyard dollarlıq tikinti materialı ixrac edəcək 06.07.22, 09:49
Moskva "Yəhudi Agentliyi"nin fəaliyyətini dayandırmaq əmri verib 04.07.22, 11:01
Bakıda qız özünü klinikanın 10-cu mərtəbəsindən atdı 04.07.22, 09:09
Rusiya ordusu Lisiçanskı şəhərini ələ keçirdi 04.07.22, 09:06
Kopenhagendə atışma: ölənlər var 04.07.22, 09:03
Kansler: Bu, sosial partlayışa səbəb olacaq 04.07.22, 08:41
İmam Muhəmməd Baqirdən (ə) 20 hədis 03.07.22, 10:49
Texasda atışma olub, ölən və yaralananlar var 03.07.22, 10:30
Əsgərimiz həlak oldu 03.07.22, 10:28
Türkiyə ordusunun daha bir hərbçisi öldürüldü 03.07.22, 10:27
Növbəti döyüş Mərkəzi Asiyada olacaq - Lukaşenko 03.07.22, 10:25
NATO-nu tərk etməliyik - Perinçək 03.07.22, 10:19
Rusiya hasilatı azaltsa, neftin qiyməti 380 dollar olacaq 02.07.22, 21:15
İraqda 600 gənc kursantın qəssabı ələ keçdi 02.07.22, 21:08
Türkiyədə inflyasiya 95%-ə çatıb