Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Çörək yemədən saxlanılan dietalar təhlükəlidir

Normal olaraq hər bir insanın gündəlik qida ehtiyatında karbohidrat, protein və yağlar xüsusi yer alır. Bu ehtiyacların hər biri yeganə olaraq çörəkdə birləşib. Buna görə də çörək yemədən saxlanılan dietalar təhlükəli hesab edilir.
Yapon dieotoloqlar bildirirlər ki, süfrədən çörəyi qaldırmaq insan üçün təhlükəlidir. Hər bir insan normal olaraq gün ərzində bir dilim çörəkdən istifadə etməlidir. Dietoloqlar ağ çörəkdən minumum dərəcədə az istifadə etmək lazım olduğunu bildirir. Qara çörəyə gəlincə, ondan istifadə etməkdən çəkinmək lazım deyil.
Bəs çörəkdən imtina etsək, orqanizmimiz nələrlə qarşı-qarşıya qala bilər?
“Axar.az”-ın “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumatlarda bildirilir ki, ağ çörəkdən imtina etməklə insanlar bağırsaq xəstəliyindən əziyyət çəkə bilərlər. Bu zaman bağırsağın fəaliyyətində problemlər yaranmaqla yanaşı, həm də fəaliyyətində sönüklük müşahidə olunur. Çörəksiz qidalanma zamanı insan bədən ehtiyaclarını ödəyə bilmədiyi üçün müəyyən xəstəliklərə boyun əyir. Bunlar, xüsusən şəkərli diabet, qrip və artıq çəki kimi xəstəliklərdir.
Qeyd edək ki, çörəkdən imtina etmiş insan istənilən qidalanma zamanı bədəninin immunitetini tənzimləyə bilməz.

Topladığınız əzələlər əriyə bilər...
Yapon dietoloqlar bildirirlər ki, çörəkdən imtina etməklə insan topladığı əzələlərə vida deməli ola bilər. Çünki bu zaman bədəndə toplanmış karbohidratlar, proteinlər, şəkər birləşmələri dağılmağa məruz qalır.
İnsan orqanizmi üçün ən vacib olan çörək növləri bunlardır
Buğda çörəyi, çovdar çörəyi, qarğıdalı çörəyi. Bu çörək növləri insanda doyumluluq yaradır və artıq çəki yaranmasının qarşısını alır.
Çörək insan orqanizminin əsasını təşkil edən yeganə qidadır. Necə deyərlər: “Bədən çörək üzərində qurulub”.
6326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP