Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Hər 6 saniyəyə 1 adam öldürən xəstəlik

Şəkər xəstəliyi dünyada hər 6 saniyədə bir adam öldürür.

Noyabrın 14-ü Dünya Diabet Günüdür. Beynəlxaıq Diabet Federasiyasının məlumatına görə, dünyada 382 milyon diabetik - şəkər xəstəsi var. Axırıncı 2 ildə şəkər xəstələrinin sayı 4,4 faiz artıb. 2035 –ci ilə dünyada diabetiklərin sayının indiki ilə müqayisədə 55 faiz artacağı gözlənilir. Bu isə yarım milyarddan çox- 592 milyon xəstə deməkdir.

Müqayisə üçün, 2009-cu ildə şəkər xəstələrinin sayı 285 milyon idi.

Dünyada hazırda 175 milyon nəfər də qeydə alınmamış şəkər xəstəsi var.

“Diabetlə mübarizə uduzulur” – bunu Reuters başlığa çıxarıb.

Beynəlxalq Diabet Federasiyasında layihə koordinatoru Leonor Guariguata agentliyə deyib ki, “şəkər xəstələrinin artmasında nə sabitlik müşahidə olunur, nə də dönüş. Diabet olduqca böyük problem olaraq qalır. Onun artımı hətta proqnozları da ötüb keçir. “

Şəkər xəstəliyi bədəndə insulinin yoxluğundan yaranır. Bu insulin isə qandakı şəkəri enerjiyə çevirmək üçündür.

Şəkər xəstələrində qandakı şəkərə adekvat nəzarət yoxdur. Bunun da çox təhlükəli nəticələri olur – ürəyə, böyrəyə, gözlərə “vurur”.

Şəkər xəstəliyi hökumətlər üçün də ağır maliyyə yüküdür. Hər il diabetin müalicəsinə 548 milyard dollar xərclənir.

Hazırda dünyada ən çox şəkər xəstəsi Çindədir. Burda 142 milyon xəstə var.

Ölkələr üzrə şəkər xəstələrinin sayı

Rusiya – 10 milyon 924 min

Azərbaycan - 146 min 340

Gürcüstan - 93 min 420

Ermənistan – 54 min 950.

Statistika

Hər il şəkər xəstəliyindən 5 milyon adam ölür. 10 milyon adam isə şəkər xəstəliyinə tutulur. Dünyada hər il şəkər xəstəliyinə görə 1 milyon amputasiya əməliyyatı keçirilir. Hər il 500 min adamda böyrək çatışmazlığı yaranır. 1 milyon 500 min adamda korluq əmələ gəlir.

Xəstəliyə tutulanların çoxu 40-59 yaş arasındadır. Ancaq xəstəlik getdikcə gəncləşir.

Dünyada hər 5 diabetikdən 4-ü inkişaf etməkdə olan ölkələrdə yaşayır. Kasıb ölkələrdə diabetlə mübarizə çox çətindir. Cənubi Afrikada xəstələrin çoxu 60 yaşına gedib-çıxa bilmir.

Guariguata deyir: “Bu vaxtsız ölümlərin qabağı alına biləndir.”
6400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP