Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Depressiya "yaşlanmanı sürətləndirir"

Məlumata görə depressiya yaşlanmağa təsir edir. Bunu aparılan tədqiqatlar sübut edib. Depressiyanın hüceyrə sağlamlığına təsirini araşdıran elm adamları tədqiqatlara 2 min 407 adam cəlb edib. Hollandiya VU Universiteti Tibb Mərkəzindən Josine Verhoeven və ABŞ-lı tədqiqatçılar bildiriblər ki, seçdiyi könüllülərin üçdə biri depressiyada olanlar və ya depressiya keçirmişlər, geri qalanları isə depressiyada olmayanlar olub. Tədqiqatlarda hüceyrə yaşlanmasının araşdırılması üçün, könüllülərin qan nümunələri laboratoriyada müəyyən edilib. Daha sonra araşdırmaçılar, telomer adı verilən hüceyrələrdə olan dəyişiklikləri müşahidə ediblər.
Telomer uzunluqlarındakı dəyişikliklərin hüceyrə yaşlanmasına səbəb olduğu müəyyən edilib. Teleomerlər DNT-ni meydana gətirən xromosomların uclarındakı strukturlardır. Hüceyrələr bölündükcə, telomerler də qısalır. Depressiyada olanlarda və ya depressiya keçirənlərdə telomerlər, depressiyada olmayanlara nisbətən qısa olduğundan buda yaşlanma səbəblərindən biri sayılır. Araşdırmaçı Dr. Verhoeven və qrupu, qısa telomerlerin bədənin depressiya səbəblərinə bir reaksiyası olduğunu söyləyir.
Mütəxəssislər bildiriblər ki, bu səbəbdən spirt istifadəsi, depressiya və idman əskikliyi kimi faktorlar yaşlanmaqla bərabər müxtəlif xəstəliklərə yol açır.
Tədqiqat nəticələri daha çox ciddi depressiyaya məruz qalanlarda hüceyrələrinin bioloji olaraq yaşlandığını göstərib. Onu da qeyd etmək lazımdır ki, tədqiqatlar zamanı 2 mindən çox adamda bənzər tapıntılar aşkar olunub. Bu nəticələr "Molecular Psychiatry" adlı jurnalda dərc olunub.
7038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP