Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

İranda "Məhəmməd" (s) filmi 2014-cü ilin əvvəllərində ekranlara çıxacaq

İran ən böyük kino layihəsini tamamlamaq üzrədir - Fotolent
"Məhəmməd" (s) filmini 2014-cü ilin əvvəllərində ekranlara çıxaracaq

İnterAz-ın İsna.ir agentliyinə istinadla verdiyi xəbərə görə, Məhəmməd Peyğəmbər (s) filminin ekranlara çıxarılması 2014-cü ilin əvvəllərinə təsadüf edəcək. Filmin rejissoru Məcid Məcidinin sözlərinə görə, bu film öncədən çəkilənlərlə dekor, məzmun, araşdırdığı zaman və nəticə etibarı ilə fərqlənir. Məcid Məcidi filmdə çoxlu sayda Oskar mükafatları və digər mötəbər mükafatlarla təltif edilmiş kinomotoqrafçıların əməyinin olduğunu vurğulayıb. O, filmin dünyada böyük əks-səda doğuracağını bəyan edib və filmin qiymətləndirilməsində tamaşaçıların rəyini bilmək üçün səbr etməyi tövsiyyə edib.

Məcid Məcidi Məhəmməd Peyğəmbər (s) haqqında öncədən çəkilən filmdə yalnız müharibələrin əks etdirildiyi və bununlada İslamın müharibə əhval-ruhiyyəsilə tanıtdırıldığını deyib.

İran xəbər agentliyi İranda "Məhəmməd" (s) filminin çəkildiyi məkanlardan bir neçə səhnəni əks etdirib.


7259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP