Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Qalstuk sağlamlığa ziyandır

Ciddi şirkətlərdə işləyən kişilər hər gün qalstuk taxmaq məcburiyyətində qalır. Lakin qalstuk kişilərin sağlamlığı üçün təhlükə yaradır.
Sıx bağlanan qalstuklar kişilərdə baş ağrısına və damarların sıxılmasına da səbəb olur. Hətta boğaz xərçənginə səbəb ola bilər. Türkiyəli mütəxəssis və həkim Mehmet Yavuz bildirib ki, gün ərzində 8 saatdan çox qalstuk taxmaq kişiləri əməlli-başlı stressə salır. İşdəki gərginlik bir yana qalsın, məcburi ciddi geyim stili stressi daha da artırır. Beyin və boyunda da bəzi problemlər yaradır.
İflic edə bilər
Vücuddan beynə qan göndərən damaralar sıxılır və qan dövranı zəifləyir. Bunun nəticəsində baş ağrısı, diqqət çatışmazlığı, balansı itirmək, bəzi hallarda boğaz xərçəngi də yarada bilər. 70 yaşından yuxarı kişilərdə isə qalstuk iflic riskini artırır.
Stressin artmasına səbəb olan qalstuk hər şeydən tez əsəbiləşməyə gətirib çıxarır. Belə adamlar qapalı yerlərdə və iclaslarda çox dayana bilmirlər. Bu hal kişilərdə boğaz xərçənginə təsir edən xroniki irritasyona (yandırıcı) səbəb olur.
6131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP