Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2016

Alimlər ölümdən sonrakı həyatı sübut etdi

Britaniyanın Sauthempton Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, insan öləndən sonra da düşünə bilir.

Alimlər ölümdən sonrakı həyatla bağlı araşdırmalarını 2060 nəfərin üzərində aparıblar.

Alimlərin araşdırma apardıqları insanların hamısı ürək dayanması və kliniki ölüm yaşayanlar olub.

Qeyd edək ki, ölümdən 90 saniyə sonra ürək dayanır, beyin fəaliyyətini tamamilə itirir və insan düşünə bilmir. Lakin üzərlərində araşdırma aparılanlardan bəziləri bildiriblər ki, kliniki ölüm baş verdikdən sonra 3 dəqiqə ərzində ətraflarında baş verənləri hiss edə biliblər. Hətta 57 yaşlı şəxs baş verənləri dəqiqliklə təsvir edib.

Mütəxəssislərin fikrincə, bu insanın danışıqları həqiqətdir, amma buna qədər həmişə onları illüziya və hallüsinasiyada ittiham edirdilər.

Araşdırmada iştirak edən digər şəxslər bildiriblər ki, onlar ürəyin dayanmasından sonra belə qorxu hissini xatırlayırlar.

Alimlər kliniki ölümdən sonrakı halların həmin insanların danışdıqlarından da çox müddətdə baş verə biləcəyini istisna etmir./axar/
3410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP