Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2016

Son 68 ilin ən böyük Ayı - Bu gecə

Təbiət hadisələrindən biri olan Ayın Yerə yaxınlaşması başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov apa-ya deyib ki, artıq Ay Yerə ən yaxın məsafədədir.

“Super Ay” hadisəsi 15:24-dən başlayaraq müşahidə olunacaq. Amma prosesi gün batanda görmək mümkün olacaq.

Hazırda Ayla Yer arasındakı məsafə 356 min 512 kilometrdir.

X.Mikayılovun sözlərinə görə, buna oxşar yaxın məsafə 1948-ci ildə qeydə alınıb. O zaman Ayla Yer arasında 356 min 465 km məsafə qeydə alınıb.

Bu gün baş verən hadisə son 68 ilin ən böyük yaxınlaşması hesab olunur.

Bu gün Ay həmişə olduğundan təxminən 14 faiz daha böyük görünəcək.
3736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP