Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Həkimlərdən xəbərdarlıq

İzmir Sağlamlıq Müdiri Bediha Türkyılmaz çiy, yaxud az bişmiş ətin sağlamlığa olan ziyanını bir daha qeyd edib. Türkyılmaz xəbərdarlıq edib ki, xüsusilə qurban əti və şəkər istehlakında diqqətli olmaq lazımdır. Qırmızı ətdə olan yüksək miqdarda yağ xolesterin səviyyəsini artıraraq, ürək xəstəliklərinə səbəb ola bilər.

Türkyılmaz deyib ki, buna görə də yağsız, yaxud az yağlı ətlərdən istifadə etmək lazımdı. Xüsusilə təzə kəsilmiş ətlərə diqqət yetirmək lazımdır. "Ətlər kəsiləndən sonra soyuducuda ən azı bir gün saxladılmalıdır. Ətin necə bişirildiyi də vacib amildir. Məsləhət görülən bişirmə üsülları ətin qaynadılması yaxud qril şəklində bişirilməsidir. Ət bişən zaman odla təmasda olmamalıdır. Diqqət etmək lazımdır ki, ət tam bişsin. Yaxşı bişməmiş ət zəhərlənməyə səbəb ola bilər. Həmçinin heyvandan insana xəstəlik keçə bilər. Xəstəliklər bir çox hamilə qadında tonus riskini artırır. Buna görə də hamilə qadınlar daha diqqətli olmalıdırlar. Bayram günlərində çalışın çox ət yeməyin. Gündəlik qida normanızı təzə sıxılmış meyvə suları ilə tamamlayın"./simsar
7016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP