Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

700 bal toplayanların şikayəti var

700 bal toplayan tələbələr dərslərin ağırlığından şikayətənirlər
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər bu gün artıq tələbədir. Dərslərin başlamasından bir ay ötüb.

Maraqlıdır ən yüksək bal toplamış dünənki abituriyentlər bu gün ali məktəblərin auditoriyasında özünü necə hiss edir?

Modern.az bu il 700 bal toplayan tələbələr arasında sorğu keçirib.
Dövlət İdarəçilik Akademiyasında təhsil alan Məhəmməd İsmayılov tələbənin ixtisas fənlərinə üstünlük verməsini məqbul sayır. “ Universitetə qəbul olmamışdan öncə oxumağın vacibliyini, müəllimlərin tələbkar olduğunu düşünürdüm. Universitetə qəbul olandan sonra bunun daha yüksək olduğunu gördüm. Nəzərdə tutduğumdan artıq dostlar qazandım. Tələbə olandan sonra əsas gəldiyim nəticə o oldu ki, ixtisas fənlərinə üstünlük vermək lazımdır”.

Akademiyanın digər tələbəsi Nərminə Murğuzova əvvəl təsəvvüründə canlandırdığı universiteti tələbə olandan sonra yeni sistemə keçidlə müqayisə etdi. “Əvvəllər dərslərin çətin olduğunu və hərtərəfli təhsil alacağımı düşünürdüm. Amma tələbə olandan sonra düşündüyümdən artıq çətin təhsil sisteminin şahidi oldum. Xüsusilə təhsildə yeni sistemə keçməyə hələ öyrəşə bilməmişəm. Təhsil aldığım universitetdə tələbənin azad düşüncəsinə qat-qat üstünlük verirlər. Klublar təşkil olunur və biz orda iştirak edirik. Dostlarla münasibət mən düşündüyümdən də yüksək səviyyədədir. 700 bal toplayan Nərmin və Məhəmməd də mənimlə eyni qrupda təhsil alır. Bu da çox xoşuma gəlir”.

Tibb Universitetində təhsil alan Osman Müslümov tələbə olmamışdan öncə tələbə həyatı ilə qiyabi tanış olduğunu deyir. “Məndən yuxarı siniflərdə oxuyan tələbələrlə yaxın münasibətim olduğundan dərslərin ağırlığını təsəvvür edə bilirdim. Amma universitetə qəbul olandan sonra dərs qrafikinin daha ağır olduğunun şahidi oldum. Müəllimlərimiz çox tələbkardır. Dərslərin ağırlığı bəzən adamı yorur”.
6734 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP