Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2018

Qarğalar haqqında şok fakt – Bir-birilərinin ölüsünü gördükdə nə edirlər?

Dünyanın məşhur elmi-kütləvi nəşrlərindən olan “Popular Science”-da qarğalar haqqında hamını heyrətləndirəcək faktlar əksini tapıb.

Elm adamlarının qarğalarla bağlı fərqli araşdırması oxucuları heyrətləndirib.

Araşdırmada qeyd olunan ən maraqlı faktlardan biri də bir qarğa öldükdən sonra digər qarğaları verdiyi reaksiyadır.

''Ala qarğa” adlı qarğa öz növündən olan başqa birinin ölüsünü gördükdə, yemək axtarmağı dayandırır və digərlərini səsləyir. Beləliklə, başqa qarğalar ölü qarğanın ətrafında toplaşırlar.
Tədqiqatçılar, rəngli ağacın parçalarına reaksiya göstərməyən qarğaların başqa qarğanın ölüsünü görəndə fərqli səs çıxararaq quşları çağırdığını qeyd edirlər.

Bir qarğa yerdə başqa qarğa ölüsü görürsə, o, çaşqınlıq və həyəcan siqnalları verir. Araşdırmada qarğaların bəzən aralarında ölmüş həmcinslərinin cəsədin üstünü budaqlayıb, yarpaqlarla örtməyə çalışdıqları da göstərilir.

Qarğalar bundan sonra susub, səssizcə ölü quşa yas tuturmuş kimi tamaşa edirlər. Araşdırmadakı bu hissə xüsusən, təəccüblü, həm də inanılmazdır.

Qarğalar həmçinin ən böyük düşmənini, bayquşları görəndə digərlərini xəbərdar edirlər. Çağırışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər.

Tədqiqatçı Mark Schwaiger qarğaların zəkasıyla əlaqəli bunları deyib: "Qarğalar ən çox üzərlərində işləməyi sevdiyim quşlardır, çünki çox ağıllıdırlar.

Quşlarımdan biri başımı çevirdiyim vaxt belimdəki it yemiylə dolu torbanı götürüb qaçmağı öyrənib”.
4580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP