Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2019

Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri tapıldı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

İnstitutdan Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkara verilən məlumata görə, bu nüsxələr şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir.

105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında isə şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri var.

Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.


3854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP