Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2019

“Votsap”da yeni funksiya istifadəyə verildi

“Votsap” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib.

“ICTnews” xəbər verir ki, yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.

Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini göstərməlidir: müəyyən istifadəçi, kontaktlar siyahısından olan abunəçilər və ya heç kim. Üçüncü variant seçilən zaman istifadəçiyə qrupa əlavə edilmək üçün onun qəbul və ya rədd edəcəyi sorğu göndəriləcək.

Yenilik “Votsap” rəhbərliyinin yalan məlumatların yayılması ilə mübarizə üzrə növbəti addımıdır. Bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra hazırlanıb.
4030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP