Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2020

Təzyiqi normada saxlayan...

Arterial hipertenziya (hipertoniya) insanın sağlamlığı üçün əsas təhlükələrdən hesab edilir. Təzyiqin normadan yüksək olması bütün orqanizmlərə mənfi təsir göstərir.

Təzyiqi normada saxlayan qidalar:

İspanaq

İspanaq əslində göyərti deyil, tərəvəzdir. Qidalı liflər, folatlar və kaliumla zəngin olan ispanaq arterial təzyiqi tənzimləməyə yardım edir, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Sarımsaq

Təzyiqi normada saxlamaq üçün alimlər hər gün 2-3 diş sarımsağı yeməyi tövsiyə edirlər. Sarımsaq qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır, təzyiqi normallaşdırır.

Su

Adi suyun kifayət miqdarda istehlakı qanı duruldur, təzyiqi tənzimləyir, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır. Alimlər gün ərzində təxminən 1,5 l adi təmiz su içməyi tövsiyə edirlər. Su həmçinin orqanizmi ziyanlı maddələrdən təmizləyir.
2871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP