Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2021

Türkiyədə Ərdoğanın istefasını tələb edənlərə divan tutuldu

İstanbul polisi Ərdoğan hökumətinin iqtisadi siyasətinə qarşı dinc aksiya keçirən əhaliyə güc tətbiq edərək 40-dan çox adamı həbs edib.
Türkiyə hökuməti ölkə valyutasının davamlı olaraq dəyər itirməsinin səbəbi və bununla mübarizə strategiyaları ilə bağlı xalqa hələ dəqiq cavab vermədiyi halda təhlükəsizlik qüvvələri ölkədə inflyasiya əleyhinə etiraz edənləri həbs edir.
Türkiyə KİV-ləri çərşənbə günü axşam saatlarında bildiriblər ki, İstanbul polisi Rəcəb Təyyib Ərdoğan hökumətinin iqtisadi siyasətinə qarşı etiraz edənlərə qarşı güc tətbiq edərək 40-dan çox adamı həbs ediblər.
“RİA Novosti”-nin Türkiyə mənbələrinə istinadən verdiyi xəbərə görə, cümə günü İstanbulun Kadiköy rayonunda polis hökuməti istefaya çağıran şüarlar səsləndirən yüzlərlə etirazçıya qarşı zorakılığa əl atıb və onların üzərinə su buraxıb. Habelə, bəzi prospektlərdə yolları bağlayaraq aksiya iştirakçılarının dağılışmasını tələb edib.
Bir neçə gün bundan əvvəl İzmir vilayətində minlərlə işçi Türkiyədə yüksək qiymətlərə və yüksək inflyasiyaya etiraz edərək, maaş və vergilər arasında tarazlıq tələbi ilə küçələrə çıxmışdı.
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP