Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2021

Hərbi analtik: Sionist rejimin müdafiə sistemləri İran raketlərinin qarşısını almağa qadir deyil

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri tərəfindən “Böyük Peyğəmbər-17” hərbi təlimin keçirilməsindən sonra müxtəlif xarici media və analitiklər bu mövzuya şərh verib, İranın raket və PUA sahəsində öz dəqiqlik və texnologiya səviyyəsini göstərdiyini bildiriblər.
“TASS” xəbər agentliyinin məlumatına görə, bu barədə rusiyalı hərbi analtik Yuri Lyamin “Kommersant” qəzetinə deyib: “İranın təhdidləri əsassız deyil. İran bu manevrdə 16 (balistik) raket buraxdı. Bu növ raketlərdən istifadə etmək göstərir ki, müharibə baş verdiyi surətdə İsrail təkcə İran tərəfdən hücuma məruz qalmayacaq.”
Analtik vurğulayıb ki, İsrail rejiminin raketdən müdafiə sistemi potensial olaraq bütün raketləri deyil, yalnız onlardan bəzilərini izləyə bilər. Xüsusilə də söhbət bu raketlərin ən təkmil və dəqiq olmasından söhbət gedirsə.
“The Jerusalem Post” da İranın keçirdiyi son hərbi təlimlərə toxunaraq yazıb: “Bu manevr, İranın pilotsuz təyyarələrinin təhdidlərinin artdığını, eləcə də İranın hücum planlarında pilotsuz təyyarələrin raketlərlə birləşməsini göstərdi. Son təlimlərdə və videolarda göstərildiyi kimi, ballistik raketlərlə kiçik uzaqmənzilli kamikadze dronların yeni istifadəsi təhlükəli sursatların daha bir tərkibini təmsil edir. İranın Dimonanı açıq şəkildə hədələməsi və bu texnologiyadan istifadə edərək hücum etmək istədiyini söyləməsi onun bu səviyyədə dəqiqlik və texnologiya ilə bölgəyə necə nüfuz etməyə çalışdığını sübut edir.”
Qəzet yazır ki, İranın son manevrində nümayiş etdirdiyi yeni buraxılış qurğusunda dronların quraşdırıla biləcəyi beş təbəqə var. Buraxılış qurğularını özləri isə yük maşınının arxasına da quraşdırıla bilər. İranın “Şahed-136” PUA-sı üçün yeni buraxılış qurğusu ölkəyə onları nəinki gizlətməyə, həm də bu tip yük maşınlarında beş PUA yerləşdirməyə imkan verir.
Qəzet yekunda qeyd edib ki, İranın indi nümayiş etdirdiyi bu növ PUA kütləvi zərbəsinin təhlükəsi daha artıqdır. İran bunu əvvəllər də sınaqdan çıxarıb, lakin İranın yeni buraxılış qurğuları və pilotsuz təyyarələri 2019-cu ildəkindən daha ciddi təhlükə kimi görünür. Bu, İsrail ilə gələcək hər hansı münaqişədə yeni təhlükə olacaq.
1736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP