Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2022

İsrail qüvvələrinin Cenin düşərgəsinə sızmasının qarşısı alınıb

"Fələstin əl-Yəvm" xəbər agentliyinin bildirdiyinə görə, Fələstin İslami Cihad Hərəkatının hərbi qollarından olan Cenin batalyonu şənbə günü bəyanat yayaraq, sionist rejiminə aid xüsusi təyinatlıların Cenin düşərgəsinin qərbindəki əl-Cabriyyat bölgəsinə soxulmaq istədiklərini və onların hücumuunu dəf etdiyini xəbər verib.

Bəyanatda vurğulanır ki, Uca Allahın lütfü ilə Cenin batalyonunun qüvvələri və qəhrəman döyüşçülərin səyi nəticəsində sionist rejimi ordusunun xüsusi təyinatlı qüvvələrinin Ceninin qərbindəki Əl-Cəbriyyət bölgəsinə soxulması müəyyən edibilb və onların qarşısı alınıb.

Bu əməliyyatda sionist əsgərləri sərt müqavimətlə üzləşib və bölgəni tərk etməyə məcbur olub. Cenin batalyonu hər hansı mübarizəyə və işğalçıların xəbis və cinayətkar planlarının qarşısını almağa yüksək hazırlıqlı vəziyyətdədir.

Bəyanatın digər hissəsində deyilir: "İşğalçıları darmadağın etmək, torpağımızdan çıxarmaq üçün səylərimizi əsirgəməyəcəyik. İşğalçılara bir daha təkid edirik ki, Cenin düşərgəsindən çıxmağınız heç vaxt sizin istəyinizə uyğun olmayacaq və axmaqlığınızın ağır bədəlini ödəyəcəksiniz."
1846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP