Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2022

Avropada bu ölkənin 105 günlük neft ehtiyatı qalıb

Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qaz isə bir aylıqdır.

Bunu Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Rixard Kvasnovski deyib.

Onun sözlərinə görə, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25% doludur. Qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.

Slovakiya istehlak etdiyi qazın ən azı 85%-ni Rusiyadan alır. Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz nəqli onun mümkün əvəzedicisi ola bilər. Ölkə artıq maye qazla dolu iki tanker alıb.

Bununla belə, bu növ enerji resursunun dəyərinə və ölkəyə çatdırılması xərclərinə əsaslanaraq, bu seçim mövcud sxemdən xeyli bahadır.
3638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP