Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2022

Rusiya Suriyada ABŞ-ın təlim bazasını vurdu

Rusiya Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qarşı bir sıra əməliyyatlar keçirib.

Bu barədə “ The Wall Street Journal ” Amerika rəsmilərinə istinadən yazır.

İddia olunur ki, Rusiya Silahlı Qüvvələri bu həftə Yaxın Şərq ölkəsinin cənubundakı strateji mövqedə yerləşən bazanı raket atəşinə tutub. Amerika əsgərləri həmin bazada suriyalılara hərbi təlimlər keçib.

Mənbələrin məlumatına görə, Rusiya silahlı qüvvələri Suriyanın İordaniya ilə sərhədi yaxınlığında ABŞ əsgərlərinin yerli silahlılara təlim keçdiyi qarnizona hava zərbələri endirib.

Nəşrin yazdığına görə, Moskva əməliyyatdan öncə rabitə xətti ilə Vaşinqtonu xəbərdar edib.

Bu xəbərdarlıq nümayiş etdirdi ki, ABŞ qüvvələri zərbənin hədəfi olmayıb. Hücum zamanı Amerika Silahlı Qüvvələri bazanın yaxınlığında olmayıb. ABŞ hərbçiləri və koalisiyası arasında itki olmayıb.

Bununla belə, məqalədə qeyd edilir ki, Rusiyanın hərəkətləri “Suriyadakı Rusiya və ABŞ qüvvələri arasında qəsdən münaqişə yaratmaq cəhdidir. ABŞ ordusu hücumdan təşvişə düşüb”.
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP