Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2023

“Əl-Əhd” Ərdoğanın yalanını üzə çıxartdı

İraqın “Əl-Əhd” telekanalı keçən gün günorta saatlarında “yüksək rütbəli” adlandırdığı təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, Türkiyənin bu yaxınlarda öldürdüyünü iddia etdiyi terrorçu İŞİD lideri Əbu Hüseyn əl-Qureyşi olmayıb.

“Əl-Əhd” telekanalı bu yüksək rütbəli mənbəyə istinadən bildirib: “Türkiyənin öldürdüyünü iddia etdiyi terrorçu İŞİD lideri deyil. Öldürülən terrorçu Cubeyri olub. Halbuki, İŞİD öz liderinin Qureyşi olmasını şərt qoymuşdur.”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl İŞİD liderinin Suriyada bu ölkənin kəşfiyyat agentlərinin əməliyyatları zamanı öldüyünü iddia etmişdi.

Prezident seçkiləri ərəfəsində nüfuz qazanmaq üçün hər yola əl atan Ərdoğan demişdi: “İŞİD terror qruplaşmasının lideri Əbu Hüseyn əl-Qureyşi Türkiyə Kəşfiyyat Təşkilatı qüvvələrinin Suriyada şənbə günü həyata keçirdiyi əməliyyat nəticəsində öldürülüb.”

Lakin, Ərdoğanın açıqlamasına cavab olaraq Amerika rəsmisi bildirdi ki, Vaşinqton Türkiyənin İŞİD terror qruplaşmasının liderinin Türkiyə qüvvələrinin hücumu nəticəsində öldürülməsi ilə bağlı iddiasını təsdiq edə bilməz.

“Amerikanın Səsi” radiosuna müsahibə verən amerikalı məmur əlavə edib: “Suriyanın şimalında İŞİD liderinin öldürülməsi ilə bağlı Türkiyənin iddiasını təsdiqləyən hər hansı məlumat yoxdur.”
2720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP