Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2023

Ronaldo İrana gələcək

Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının vaxtı müəyyənləşib və İranın ev sahibi olacağı təsdiqlənərsə, “#Əl_Nəsr” Tehrana gələcək ilk komanda olacaq.

İRNA-nın məlumatına görə, keçən gün səhər Malayziyada Asiya Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib və İran təmsilçiləri rəqiblərini tanıyıblar.

Yarışların qrup mərhələsi sentyabrın 18-də başlayacaq və bu il dekabrın 12-dək davam edəcək. Bu mövsüm Çempionlar Liqası yarışlarında İran futbolunun təmsilçiləri Sepahan, Nəssaci və Perspolis komandalarıdır.

İranın Asiya Çempionlar Liqasına ev sahibliyi edəcəyi təsdiqlənsə, Səudiyyə Ərəbistanının Əl-Nəsr komandası Kriştiano Ronaldo da daxil olmaqla, məşhur ulduzları ilə İrana gələcək ilk komanda olacaq.
4138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP