Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2025

Həmas Trampın təklifinə cavab olaraq mühüm bəyanat yaydı

İslam Müqavimət Hərəkatı "Həmas", liderlik orqanlarında dərin müzakirələr apardıqdan sonra, Fələstin qüvvələri və qanadları ilə, eləcə də vasitəçilər və dostları ilə birlikdə, Trampın təklifinə rəsmi cavabını təqdim edib.

Həmas, ərəb, İslam, beynəlxalq səviyyədə və ABŞ Prezidentinin Qəzza Zolağındakı müharibəni dayandırmaq, məhbusların dəyişdirilməsi, yardım göndərilməsi, işğala və Fələstin xalqının köçürülməsinə qarşı olan bütün cəhdləri yüksək qiymətləndirir.

Həmas, Trampın təklifində göstərilən dəyişmə formuluna əsasən, bütün işğalçı məhbusların, sağ və ya ölülərinin azad edilməsi barədə razılığını bildirir və bu məsələnin müzakirəsi üçün vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa hazır olduğunu təsdiq edir.

Həmas həmçinin, Qəzza Zolağının idarəsini müstəqil fələstinli şəxslərdən ibarət bir komitəyə (texnokratlara) təhvil verməyə və bunun üçün ərəb və İslam dəstəyi ilə fələstinli milli razılaşmaya əsaslanmağa razılığını bildirir.

Trampın təklifində Qəzza Zolağının gələcəyi və Fələstin xalqının hüquqları ilə bağlı yer alan digər məsələlər, ümumi milli mövqe və beynəlxalq qanunlar və qətnamələr əsasında müzakirə ediləcək və Həmasın da daxil olduğu geniş Fələstin milli çərçivəsində gündəmə gələcək.
994 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP