Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Telefonlarımızın dinləndiyini necə bilək?

Amerika Birləşmiş Ştatlarının dünya liderlərinin telefonlarını dinləməsi qalmaqalı ictimaiyyəti təşvişə salıb. Texnologiyaların inkişafı isə onu göstərir ki, telefonların dinləməsini nəinki maraqlı dövlətlər, hətta adi insanlar da həyata keçirə bilər. Araşdırmalar göstərir ki, telefonları dinləmək üçün indi xüsusi casus proqramları da var. Həmin proqramlar mobil telefonlara quraşdırılır və bunun da nəticəsində hədəf nəzarətdə saxlanılır.

Telefonlara quraşdırılan cəsus proqramları istifadəçinin bütün danışıqlarını, ismarıclarını qeydə almağa və informasiyanı lazımı ünvana ötürməyə qadirdir. Bundan başqa, sizin əlaqə siyahınızda olan nömrələri köçürtməyi, həmçinin mobil telefonun yerləşdiyi məkan haqqında informasiyanı ötürməyə malikdir. Nəticədə sizi izləyən tərəf mobil telefonun yerləşdiyi məkanda baş verən bütün danışıqları və səsləri eşidir.

Hətta korporotiv nömrə və telefonlarda da danışıqların dinlənilməsi üçün xüsusi çiplərdən istifadə olunur.

Azərbaycanda mobil telefonları sıravi insanın dinləməsi mümkün olmasına baxmayaraq, bunun hüquqi cəzası çox ağırdır.

Texnologiya aləmindən anlayışı olan hər bir şəxs özü mobil telefonunun dinlənilməsini aydınlaşdıra bilər.

Bunun əlamətləri də var:

1. 1 ildən artıq istifadə edilən telefonun şarji çox tez bitirsə səbəb təkcə telefonun köhnənilməsi olmaya bilər.

2. Qarşı tərəflə danışıq zamanı müxtəlif küy, hətta açıq şəkildə tanımadığınız insanın səsini eşidirsinizsə narahat olmağa dəyər.

3. Mobil telefonunuzda ondan istifadə etmədiyiniz halda belə kompüterin və ya, səsgücləndiricinin yanında olduğu zaman müxtəlif müdaxilələrin səsini eşidə bilərsiniz.

4. Dostunuza zəng etdiyiniz zaman əlaqənin çox gec baş tutduğunu və ya əksinə əlaqənin gec kəsildiyini müşahidə etmisinizsə bu da telefonunuzun dinlənildiyinə işarə ola bilər.

5. Ümumilikdə telefonunuzda qəribəliklər varsa, yəni telefonunuz öz özünə sönüb yanırsa bu da sizə bir işarədir.

Ümumiyyətlə dünya təcrübəsində telefon dinləmələri yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Bu dinləmələrə isə siyasətçilər, dövlətin mənafeyinə qarşı çıxış edən insanlar, hansısa qruplaşmalarda şübhəli bilinən şəxslər məruz qala bilərlər. Əgər siz yuxarıda sadalananlar sırasında deyilsinizsə və telefonuzun dinlənilməsi ilə bağlı şübhələriniz öz təsdiqini tapıbsa bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. /Anstv/


6702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP